Türkiyə ilə ticarət müharibəsi Nyu-York birjasını çökdürdü

NYC- OCT 09: Wall street on October 09 2009.It is the home of the New York Stock Exchange, the world's largest stock exchange by market capitalization of its listed companies

Vaşinqtonun Türkiyəyə qarşı başlatdığı ticarət müharibəsi Nyu-York əmətəə birjasında indekslərin düşməsi ilə nəticələnib.

ARANTV.AZ oxu.az-a istinadən xəbər verir ki, “Dow Jones” indeksi 260 bənd (1) düşərək, avqustun 6-dan bu günə olan minimal səviyyəyə çatıb.

“Standard & Poor’s” indeksi 26 bənd (0,9%), Nasdaq 103 bənd (1,3%) azalıb. Hər iki indeks avqustun 2-dən bu günə olan ən aşağı nəticələri göstəriblər.

Ekspertlərin fikrincə, ABŞ prezidenti Donald Trampın müttəfiqi və NATO-dakı əsas üzvlərdən biri Türkiyəyə qarşı başlatdığı ticarət müharibəsi Nyu-York əmtəə birjasında amerikalı investorlar arasında ciddi narahatlığa səbəb olub.