Hadisə 

ABŞ-da təhsil alan azərbaycanlı istedad FACİƏVİ şəkildə ÖLDÜ – FOTOLAR

ABŞ-da təhsil alan azərbaycanlı tələbə yol qəzasında ölüb.

ARANTV.AZ  xəbər verir ki, bu barədə BAKU.WS-ə tələbənin ABŞ-da yaşayan yaxınları məlumat veriblər.

Bildirilir ki, Vaşinqtonda yaşayan gənc və istedadlı tələbə olan Renat Fərhadov bu gün ağır qəzaya düşüb. Yük maşını qəfil Renatın idarə etdiyi avtomobilinin qarşısına çıxıb. Yük maşını avtomobili bir neçə yüz metr sürükləyib. Daha sonra minik maşını aşıb.

Qəza nəticəsində Renat Fərhadov vəfat edib.

Qeyd edək ki, Renat Fərhadov evli olub və 3 övladı qalıb. Renat Vaşinqtonda yaşayan həmyerlilərimizin fəxri olub və daim istedadı ilə seçilib.

ABŞ-da yaşadığı müddətdə gənc tələbə ilk magistr təhsilini fərqlənmə ilə bitirmişdi. İkinci magistr təhsilini alırdı. Onun nəşi yaxın günlərdə Bakıya gətirilərək dəfn ediləcək.
ABŞ-da təhsil alan azərbaycanlı istedad FACİƏVİ şəkildə ÖLDÜ - FOTOLARABŞ-da təhsil alan azərbaycanlı istedad FACİƏVİ şəkildə ÖLDÜ - FOTOLARABŞ-da təhsil alan azərbaycanlı istedad FACİƏVİ şəkildə ÖLDÜ - FOTOLARABŞ-da təhsil alan azərbaycanlı istedad FACİƏVİ şəkildə ÖLDÜ - FOTOLAR

Daha çox xəbərlər