“Rəşadın xəyalları vardı…”: qayınatası kürəkəninin faciəvi ölümündən danışdı – FOTOLAR
Təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Rəşad Atakişiyev dəfn edilib.
ARANTV.AZ xəbər verir ki, dəfn zamanı hərbi pilot Rəşad Atakişiyevin qayınatası Qabil Hüseynli danışıb. Dəfn mərasimindəmedia qarşısına çıxan Q. Hüseynli kürəkəni ilə qürur duyduğunu ifadə edib:
“Bu gün şəhidlərimizdən birini vətən torpağına tapşırır, əbədi yola salırıq. Rəşad çox şərəfli ömür sürüb. Onun qanı torpağa tökülməsə də, Xəzər dənizinə tökülüb. Rəşadın bir çox xəyalları var idi. Amma çoxunu reallaşdıra bilmədi. O, VƏTƏN uğrunda şəhid oldu!”
Xatırladaq ki, Azərbaycan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin itkin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin nəşi dünən Xəzər dənizindən tapılıb.


big.az

