Türkiyədə azərbaycanlı qadınları fahişəliyə cəlb edən sevgili cütlük saxlanılıb
Türkiyənin Kocaeli şəhərinin İzmit rayonunda kirayə götürdükləri evdə fahişəliyə vasitəçilik edən sevgili cütlük və fahişəlik edən 2 qadın polis dəstələri tərəfindən saxlanılıb.
ARANTV.AZ open.az-a istinadən xəbər verir ki, hadisə Çukurbağ məhəlləsi İnönü küçəsində baş verib.
Məlumata görə, bir mənzildə fahişəlik edildiyi xəbərini alan Kocaeli Hüquq-mühafizə Asayiş Şöbə İdarəsinin Əxlaq Büro Rəisliyi dəstələri hərəkətə keçib.
Faktla bağlı araşdırmaya başlayan komandalar təyin olunan ünvanı təqibə alıb.
Onlar əməliyyat zamanı fahişəliklə məşğul olan 2türk və 2 Azərbaycan vətəndaşı olan qadınları saxlayıblar.
Saxlanılan şəxslər verdiyi ifadələrində H.A. və sevgilisi olduğu iddia edilən M.S.-nın sosial şəbəkədə elan verərək müştəri tapdıqlarını söyləyiblər.
Aparılan əməliyyatlarının ardından fahişəlik etdikləri müəyyən olunan azərbaycanlı 2 qadın sərbəst buraxılıb. Fahişəliyə vasitəçilik etdikləri müəyyən edilən H.A. və M.S. isə tamamlanan əməliyyatlardan sonra Kocaeli Ədliyyəsinə sövq edilib.

