Paşinyan: Ermənistan 2026-cı ildə hərbi büdcəni artırmağı planlaşdırmır
Ermənistan Baş naziri Nikol Paşinyan bildirib ki, Bakı ilə gözlənilən sülh sazişi fonunda ölkə 2026-cı ildə hərbi büdcəni artırmağı planlaşdırmır.
Musavat.com-un məlumatına görə o qeyd edib ki, bu qərar “məntiqli görünür” və hazırkı qiymətləndirməyə əsaslanır.
Paşinyan həmçinin jurnalistləri əmin edib ki, hökumət vəziyyəti davamlı olaraq operativ şəkildə analiz etməyə davam edəcək:
“Biz vəziyyətin operativ qaydada təhlilini davam etdirəcəyik və bütün qərarlarımız qısamüddətli, ortamüddətli və uzunmüddətli inkişaflara uyğun olacaq”, – baş nazir əlavə edib.