Çərşənbə, 01 İyl, 2026

100 il əvvəlki ideya BU GÜN gerçək oldu – Türk dünyasında yeni mərhələ

“Bu günlərdə Azərbaycanda keçirilən I Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi” dünənin ideyalarının, əcdadlarımızın irəli sürdüyü ortaq türk dili ideyasının bu gün reallığa çevrilməsinin təntənəsidir”.

Bu sözləri Musavat.com-a açıqlamasında deputat Hikmət Babaoğlu deyib.

Hikmət Babaoğlu: “MSK üzvlərinin kimi sədr və müavin seçəcəyi...” |  Modern.az

Millət vəkili vurğulayıb ki, bu həftə ərzində keçirilən tədbirlər isə gələcək strateji tərəfdaşlığın möhkəm təməllərini qoyur: “Bu təməllər dil üzərində qurulur, mədəniyyət və mənəviyyat üzərində qurulur. Çünki hər bir siyasi birliyin əsasını təşkil edən, onu bir növ sement kimi birləşdirən amillər mədəni, dil və sosial bənzərliklərdir. Bu amillər olmadan heç bir birlik uzunmüddətli və möhkəm ola bilməz.

Ona görə də əgər dünənin ideyası bu günün reallığına çevrilibsə, əcdadlarımızın bizə miras qoyduğu ortaq dil, ortaq sosial identifikasiya və ortaq mənəvi kimlik bu gün artıq həyatın gerçəkliyidirsə, deməli, bu reallıq eyni zamanda gələcəyin strategiyası, gələcəyin inkişaf konsepsiyasıdır. Məhz buna görə Azərbaycan Prezidenti vurğulayır ki, “Bizim ailəmiz Türk dünyasıdır, çünki başqa ailəmiz yoxdur”.

Prezident, həmçinin, I Türkoloji Qurultayın 100 illik yubileyi münasibətilə keçirilən tədbir iştirakçılarına ünvanladığı təbrik məktubunda xüsusi olaraq qeyd etdi ki, “Biz əcdadlarımızdan bizə miras qalan mədəni irsi gələcək dünya nizamında Türk Dövlətləri Təşkilatının birlik konsepsiyasına çevirə bilərik””.