Hava 

Azərbaycanda anomal hava şəraiti neçə gün davam edəcək?-AÇIQLAMA

Ölkə ərazisində müşahidə olunan hava şəraiti oktyabrın 31-dək davam edəcək.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova ARANTV.AZ-a açıqlamasında məlumat verib. O, bildirib ki, hazırda ölkədə müşahidə olunan mülayim hava şəraiti bu ay üçün normaldır:
“Oktyabr ayı keçid ayı hesab olunur. Havalar bir qədər buludlu və tutqun keçir. Küləkli günlərin sayı da çox olur. Ötən illərdə də belə hava şəraiti müşahidə olunub”.
Mütəxissisin sözlərinə görə, havanın temperaturu iqlim normasına yaxındır:
“Bəzi günlərdə isə iqlim normasından 1-2 dərəcə yuxarı olur. Hazırda paytaxtda müşahidə olunan havada mülayim şimal-şərq və şərq küləkləri üstünlük təşkil edir.Günorta saatlarında isə cənub-şərq küləkləri ilə əvəz olunur. Paytaxtda havanın temperaturu 19-23 dərəcə arasında dəyişir. 29-30 oktyabr tarixində də ölkə ərazisində yağmursuz hava şəraiti gözlənilir. Mülayim şimal-şərq küləkləri əsəcək. Havanın temperaturu 20-23 dərəcə arasında dəyişəcək”.
Lamiyə Məmmədova

Daha çox xəbərlər