Heydər Əliyev Mərkəzində Aygün tufanı – FOTOLAR

Ötən gün Heydər Əliyev Mərkəzinin qarşısındakı parkda şou-biznes simalarının iştirakı ilə “Ulduzlar bir arada” adlı konsert proqramı təşkil olunub. ARANTV.AZ-ın məlumatına görə, tədbirdə iştirak edən sənətçilər arasında xalq artisti Aygün Kazımova da olub. Gördüyü işlərlə hər zaman adını birincilər sırasına yazdırmağı bacaran pop diva geyimi və fit bədən quruluşu ilə bu dəfə də diqqətləri üzərinə çəkməyə müvəffəq olub. Son zamanlar ifaçının formada olması isə diqqətlərdən yayınmayıb.