6 yaşlı uşaq 130 km/saat sürətlə maşın sürdü-Sosial şəbəkəni qarışdıran VİDEO
Rusiyanın Tatarıstan Muxtar Respublikasında maraqlı hadisə meydana gəlib. ARANTV.AZ-ın məlumatına əsasən, Agina Altınbayeva adlı qadın 6 yaşlı oğlunun 130 km/saat sürətlə maşın sürdüyü videoçarxı sosial şəbəkədə paylaşıb.
Görüntülərdə Altınbayevanın qucağına oturtduğu uşağına avtomobilin idarəetməsini verdiyi anlaşılır. Kameranı avtomobilin spidometrinə yaxınlaşdıran ana o anları lentə alıb. 29 yaşlı qadın videoçarxı sosial şəbəkədə paylaşdıqdan sonra tənqidlərə tuş gəlib.
Videoya “Xoşbəxt oğul” başlığını verən və dörd uşaq anası olan Agina tənqidlərə belə cavab verib:
“İstədiyim kimi yaşayıram. Heç bir şeydən peşman deyiləm. Sizin rəylərinizə ehtiyacım yoxdur. Məni ittiham etməyə hüququnuz çatmaz”.sonxeber.az

