Gündəm 

Gəncənin yeni başçısı kollektivə təqdim olundu

Gəncənin yeni icra başçısı Niyazi Bayramov bu gün kollektivə təqdim olunub. 

ARANTV.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, təqdimat icra hakimiyyətində baş tutub. N.Bayramovu kollektivə Prezident Administrasiyası rəhbərinin müavini, Administrasiyanın Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev təqdim edib.

Təqdimat mərasimində akademik Fuad Əliyev və deputat Naqif Həmzəyev çıxış ediblər.

Daha çox xəbərlər