Siyasət 

Prezident İlham Əliyev “Qarabağ”ı təbrik etdi – FOTO

Prezident İlham Əliyev UEFA Çempionlar Liqasının əsas mərhələsində “Ayntraxt” üzərində qazanılan qələbədən sonra “Qarabağ” klubunu təbrik edib. Musavat.com Prezidentin təbrik paylaşımını təqdim edir: “Çempionlar Liqasının əsas mərhələsində “Ayntraxt” komandası üzərində parlaq qələbə qazanması münasibətilə Qarabağ futbol klubunu ürəkdən təbrik edirəm! Hakimin ədalətsiz və qərəzli qərarlarına baxmayaraq, haqq-ədalət öz yerini tapdı. Birinci dəfə deyil ki, UEFA tərəfindən təyin edilən hakimlər ədalətsiz və qərəzli qərarları ilə Qarabağın qələbə yolunu kəsməyə çalışırlar. Ümid edirəm ki, UEFA bu hakimin kimin tərəfindən təyin olunmasına aydınlıq gətirəcək. Ədaləti və əyilməz ruhu məğlub etmək mümkün deyil. Yaşasın…

Read More
İdman 

“Qarabağ”ın baş məşqçisi: “Hakimlə bağlı lazım olan şərhi Prezident İlham Əliyev verib”

Prezident İlham Əliyev “Qarabağ” – “Ayntraxt” (Almaniya) oyununun baş hakimi barəsində lazım olan şərhi verib. Bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib. Mütəxəssis Bakıda “Ayntraxt”a qarşı keçirdikləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunun oyunundan sonra Azərbaycan çempionunu təbrik edən Prezident İlham Əliyevə öz təşəkkürünü bildirib: “Mən də öz növbəmdə qələbə münasibəti ilə Cənab Prezident İlham Əliyevi təbrik edirəm. Bizə göstərdiyi dəstəyə görə təşəkkürümü bildirirəm. Qarşılaşmanın baş hakimi Sandro Şererin haqsız qərarları ilə bağlı lazım olan bütün fikirləri Prezident bildirdi. Məncə onun sözlərindən sonra əlavə şərhə ehtiyac yoxdur. Təbii ki,…

Read More
İdman 

Bəhlul Mustafazadənin qolu tarixə düşdü: Çempionlar Liqasında ilk azərbaycanlı…

Musavat.com xəbər verir ki, “Qarabağ”ın futbolçusu Bəhlul Mustafazadə UEFA Çempionlar Liqasının əsas mərhələsində qol vuran ilk azərbaycanlı futbolçu olub. O, Almaniyanın “Ayntraxt” komandası ilə matçın 90+4-cü dəqiqəsində fərqlənərək diqqət mərkəzinə düşüb. 28 yaşlı müdafiəçinin vurduğu qol “Qarabağ” üçün həlledici olub.  

Read More
Siyasət 

Prezident İlham Əliyev Davosda “Vitol” şirkətinin baş icraçı direktoru ilə görüşübFOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda “Vitol” şirkətinin baş icraçı direktoru Rassel Hardi ilə görüşüb. Musavat.com xəbər verir ki, söhbət zamanı Azərbaycanda həyata keçirilən neft strategiyası barədə məlumat verildi, ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində roluna toxunuldu. Bu xüsusda bir neçə Avropa ölkəsinin, o cümlədən Avropa İttifaqına bir sıra üzv dövlətlərin Azərbaycan qazı ilə təchiz edilməsi vurğulandı. Görüşdə ölkəmizlə bu şirkət arasında əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparıldı. Qeyd edək ki, baş ofisi Rotterdam şəhərində yerləşən “Vitol” dünyanın aparıcı neft ticarəti şirkətlərindən biridir. 1966-cı ildə qurulan “Vitol” qrupu…

Read More
Cəbhədən Xəbər 

Rusiya ilə Azərbaycan arasında hərbi-texniki əməkdaşlığın inkişafı müzakirə olunub

Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayev Rusiya Müdafiə Nazirliyində olub və nazir müavini Vasili Osmakovla görüşüb. Diplomatik nümayəndəlikdən Musavat.com-a verilən məlumata görə, söhbət zamanı müdafiə nazirlikləri arasında Azərbaycan-Rusiya əməkdaşlığının cari məsələləri ətrafında fikir mübadiləsi aparılıb, bu il üçün təmasların və qarşılıqlı səfərlərin cədvəli müzakirə edilib. Hər iki tərəf 22 fevral 2022-ci il tarixli müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannaməyə uyğun olaraq hərbi-siyasi və hərbi-texniki sahələrdə ikitərəfli dialoq və əməkdaşlığı daha da inkişaf etdirmək üçün konstruktiv öhdəliklərini bir daha təsdiqləyib.

Read More
Manset 

Bu gün Bərdə rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Vüsal Bayramovun doğum günüdür.

Hörmətli Vüsal Bayramov! Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və məsuliyyətli ictimai fəaliyyətinizdə davamlı uğurlar arzulayırıq. Rayonun ictimai həyatında fəal mövqeyiniz, vətəndaş cəmiyyətinin inkişafına verdiyiniz töhfələr və prinsipial mövqeyiniz daim yüksək qiymətləndirilir. Yeni yaşınızda da fəaliyyətinizin uğurla davam etməsini, həyata keçirdiyiniz bütün təşəbbüslərin gerçəkləşməsini diləyirik. Doğum gününüz mübarək!

Read More
Gündəm 

“Müstəqil Azərbaycanın Konstitusiyasının müəllifi Ümummilli lider Heydər Əliyevin Hüquqi İrsi” layihəsi çərçivəsində növbəti tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi və Qarabağ Regional Gənclər və İdman İdarəsinin təşkilati dəstəyi ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında keçirilib. Tədbir Ulu Öndər Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Layihə rəhbəri Fəxriyyə Cəfərli tərəfindən iştirakçılara layihənin məqsəd və əhəmiyyəti barədə ətraflı məlumat verilib. Ardınca Qarabağ Regional Gənclər və İdman İdarəsinin Gənclərlə iş sektorunun müdiri Orxan Fəxrəddinov və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının tərbiyə işləri üzrə direktor müavini Mahir Səlimov Ulu Öndər Heydər Əliyevin…

Read More
Bölgə Cəmiyyət 

Tərtərdə yas mərasimləri ilə bağlı yayılan məlumatlar yalandır – rəsmi açıqlama

Son günlər sosial şəbəkələrdə və bəzi internet resurslarında Tərtər rayonu ilə bağlı yayılan əsassız və həqiqətə uyğun olmayan məlumatlar cəmiyyətdə ciddi narahatlığa səbəb olub. Belə ki, guya Tərtər rayonunda keçirilən yas mərasimlərinin birində kabab və şirdan verilməsi ilə bağlı iddialar irəli sürülüb. Qeyd edək ki, bu məlumatlar tamamilə uydurma, yalan və dezinformasiya xarakterlidir.   Bu cür məsuliyyətsiz paylaşımlar ictimai fikri çaşdırmaqla yanaşı, eyni zamanda illərdir adət-ənənələrinə, mənəvi dəyərlərinə sadiq olan Tərtər camaatının adına ləkə yaxmaq cəhdi kimi qiymətləndirilir. Sosial mediada yayılan bu tip saxta xəbərlər insanların haqlı narazılığına və təşvişinə…

Read More
Region Xəbərləri 

Prezident İlham Əliyev 2026-cı il üçün “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülüb

Ölkəmiz üçün son illərin ən mühüm nailiyyəti ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası oldu. Biz bunu beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq, BMT Nizamnaməsinə və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq həyata keçirdik. Demək olar ki, 30 il ərzində bu, bizim milli ideyamız idi və biz hədəfimizə nail olmaq, ədaləti bərpa etmək üçün bütün səylərimizi səfərbər etdik. Əfsuslar olsun ki, beynəlxalq hüququn normaları işləmədi və beynəlxalq təşkilatlar yardımçı olmadılar. Çünki çoxsaylı beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qətnamələr, sadəcə, kağız üzərində qalmışdı. Biz bunu özümüz həll etməli, ədaləti özümüz bərpa etməli…

Read More
Siyasət 

İlham Əliyev “Zayed İnsan Qardaşlığı Mükafatı” ilə bağlı nümayəndə heyətini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalamı, “Zayed İnsan Qardaşlığı Mükafatı”nın münsiflər heyətinin üzvləri – Avropa İttifaqı Şurasının sabiq Prezidenti Şarl Mişeli və Afrika İttifaqı Komissiyasının sabiq sədri Musa Fakini qəbul edib. Musavat.com həmin görüşdən hazırlanan materialı təqdim edir. Azərbaycana həmişə məmnunluqla səfər etdiklərini deyən qonaqlar qəbula görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Onlar 2026-cı il üzrə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsi ilə bağlı göstərdiyi səylərə görə Prezident İlham Əliyevə təqdim olunacağını bildirərək, bu il fevralın 4-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı…

Read More