Səssiz təhlükə, görünməyən müharibə: insan həyatına uzanan ÖLÜM YOLU
Bu gün – 4 aprel tarixində dünyada Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günü qeyd olunur. Bu həm də milyonlarla insanın həyatını təhlükə altında saxlayan, müharibələr bitdikdən sonra belə “səssiz ölüm” kimi fəaliyyətini davam etdirən minalara qarşı qlobal mübarizənin simvoludur. Musavat.com xatırladır ki, 2005-ci il dekabrın 8-də Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən qəbul edilmiş qətnamə ilə təsis edilən bu gün dünya ictimaiyyətini minaların yaratdığı təhlükələrə diqqət çəkməyə, həmçinin minatəmizləmə fəaliyyətlərinin gücləndirilməsinə çağırır. Qətnamədə xüsusi olaraq vurğulanır ki, minalar və müharibənin partlayıcı qalıqları yalnız hərbi dövrün problemi deyil, onlar mülki əhalinin…
Read More