Gündəm 

Bazarlarda satılan “ərəbski” ətlər – Ekspertdən XƏBƏRDARLIQ

  Asim Vəliyev: “Mənşəyi bilinməyən ət təhlükə mənbəyidir” Livanın Akkar, Bəəlbək-əl-Hirmil əyalətlərində dabaq xəstəliyi, Litvanın Telşyay, Şyaulyay qəzalarında isə blutanq xəstəliyi qeydə alındığından bu bölgələrdən Azərbaycana ət məhsullarının gətirilməsinə məhdudiyyət qoyulub. Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib. Bildirilib ki, Azərbaycan ərazisinin bu yoluxucu xəstəliklərdən qorunması üçün qeyd olunan ərazilərdən zonalaşma prinsipi nəzərə alınmaqla, müvafiq malların idxalına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq AQTA müvəqqəti məhdudiyyət tətbiq edib. Eyni zamanda, müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub. Belə görünür ki, buna qədər Azərbaycan Livandan…

Read More
Cəmiyyət 

Metroda qiymətlər dəyişəcək? – Rəsmi açıqlama və ekspertin xəbərdarlığı

“Bakı Metropoliteni” QSC-nin Maliyyə departamentinin rəisi Kamal Hüseynli metroda tarif siyasəti ilə bağlı açıqlama verib. O bildirib ki, hazırda vahid tarif modeli tətbiq olunsa da, bu sahədə analitik qiymətləndirmələr davam etdirilir. Onun sözlərinə görə, məsafə, zona və sərnişin seqmentlərinə əsaslanan diferensial tarif modelləri üzrə aparılan təhlillər gələcəkdə daha balanslı və iqtisadi cəhətdən əsaslandırılmış tarif mexanizminin formalaşdırılmasına imkan yarada bilər. Departament rəhbəri qeyd edib ki, tarif dəyişikliklərinin əsas məqsədi gəlirlərin artırılması deyil, metro xidmətinin təhlükəsizliyinin, etibarlılığının və dayanıqlılığının təmin edilməsidir. “Yeni tarif çərçivəsində işarəvermə və enerji sistemlərinin təkmilləşdirilməsi, hərəkət qrafikinin daha stabil…

Read More
Cəmiyyət 

Ali məktəblərə qəbulla bağlı NARAZILIQ: “Mövcud model gəncləri yanlış istiqamətə aparır”

Azərbaycanda ali məktəblərə qəbul prosesi uzun illərdir həm abituriyentlərin, həm də mütəxəssislərin müzakirə mövzusuna çevrilib. Təhsil eksperti Elşən Qafarov bildirib ki, hazırkı qrup imtahanları modeli gənclərin istədikləri ixtisaslara qəbul olunmasını çətinləşdirir. Onun fikrincə, DİM-in test hazırlayan və eyni zamanda imtahanı keçirən qurum olması düzgün deyil və bu, sistemin obyektivliyinə dair şübhələr yaradır. Mövcud modeldə abituriyent 10–15 ixtisas göstərsə də, nəticədə tam fərqli bir sahəyə yönləndirilə bilər; məsələn, həkim olmaq istəyən gəncin kimya müəllimi kimi qəbul alması kimi hallar ortaya çıxır. Bu isə həm şəxsi maraqların, həm də peşə yönümünün ziddiyyətinə…

Read More
Cəmiyyət 

İlahiyyatçıdan meyxana ilə bağlı QALMAQALLI açıqlama : Haramdır, həm də…

Son zamanlar inanclı kəsimin bir qismi meyxananın dini baxımdan haram olduğunu iddia edirlər. İlahiyyatçı-alim, QMİ-nin əməkdaşı Samid Quliyevin mövzu ilə bağlı Musavat.com-a danışıb: Meyxana improvizasiya, ani düşüncə, bədahətən qafiyələndirmə və ritmik nitq bacarığı tələb edən şifahi poetik sənət növüdür. Elmi baxımdan o, şeir, poetik nəsr və bədii-bəlağətli nitq kateqoriyalarına yaxın hesab edilə bilər. İslamda söz, eyni zamanda əxlaqi və hüquqi məsuliyyət daşıyan bir aktdır”. Ilahiyyatçı qeyd edir ki, meyxana çox vaxt ritmik nitq üzərində qurulduğu üçün burada musiqi məsələsi də gündəmə gəlir: “Musiqi məsələsi İslam elmlərində ixtilaflı məsələlər sahəsinə daxildir. Bir…

Read More
Cəmiyyət 

Ekspertdən sərnişin ölümü ilə bağlı SOS: “Niyə metroda şüşə baryerlər quraşdırılmır?!”

Dəfələrlə şahidi olmuşuq ki, Bakı metrosu faciələrin səhnəsinə çevrilir. Təəssüf ki, bu gün də oxşar bir hadisə baş verdi: 50–55 yaşlarında bir kişi sərnişin qatar platformaya daxil olan zaman relslərə düşüb. Qatar maşinisti dərhal əyləci sıxaraq müdaxilə etsə də, sərnişinin həyatını xilas etmək mümkün olmayıb. Ekspert Malvina Amirova mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb: “Bakı Metropolitenində neçə illərdir eyni hadisələr təkrar olunur. İnsan relsə düşür, kimsə itələnir, kimsə huşunu itirir, bəzən faciə ilə bitir. Bunları hamımız bilirik, hamımız görmüşük. Amma qəribə olan odur ki, bu qədər hadisə baş verdiyi halda, bu…

Read More
Cəmiyyət 

Torpaq məcəlləsinə edilən dəyişiklik qiymətə təsir edəcək? – VİDEO

Kənd təsərrüfatı fəaliyyəti ilə bağlı obyektlərin tikintisi üçün icazə tələb olunacaq… Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi barədə qanunda öz əksini tapıb. Musavat.com Xəzər TV-yə istinadən bildirir ki, əmlak eksperti Ramil Osmanlı bildirib ki, dəyişiklikdə məqsəd kənd təsərrüfatı təyinatlı torpaqların təyinatına uyğun olaraq istifadəsinə maraq yaratmaqdır. Bu isə torpağın gəlirliliyini artıracaq ki, dəyəri də buna paralel olaraq artacaq. Ekspert bildirib ki, bu addım kənd təsərürfatı təyinatlı torpaqların “tikinti bumu” altında yoxa çıxmasının qarşısını almaq üçün atılıb. Yeni qanun boşluqları bağlayır. Artıq bu sahələrdə istixana və ya…

Read More
Hadisə 

23 yaşlı Şükranın ölümündə şübhəli məqamlar – Hadisə günü işə getməyibmiş – VİDEO

Cəlilabad rayonunun Üçtəpə kəndində bədbəxt hadisə baş verib. Kənd sakini, 23 yaşlı Şükran İsayevanın yaşadığı evin hamamında meyiti tapılıb. Onun dəm qazından zəhərlənərək öldüyü deyilsə də, mərhumun atası başqa ehtimalların olduğunu bildirir. “Şükran günortadan sonra işə getmədi və evdə təmizlik edəcəyini bildirdi. Bir müddət sonra Təranə otağa gələrək Şükranın evdə olmadığını dedi. Həmin an onun hamamda ola biləcəyini düşündüm. Hamama 1-2 saniyəyə çatdım. Qapını açan kimi balamı o vəziyyətdə gördüm. Qucaqladım, rəngi ağappaq idi. Nəbzini yoxladım, hiss olunmurdu. Onu yuxarı qaldırdım, sinə masajı etdim, süni nəfəs verdim, amma reaksiya vermədi.…

Read More
Cəmiyyət 

Leyla Əliyeva Əzizə xala ilə piroq bişirdi – FOTO, VİDEO

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Qusar rayonuna səfər edib və rayonunun Hil kəndində yaşayan tanınmış Rəmixanovlar ailəsinin qonağı olub. Musavat.com xəbər verir ki, Leyla Əliyeva “Kənd həyatı” (Country Life Vlog) layihəsinin yeni buraxılışının çəkilişində iştirak edib. O, evin xanımı Əzizə xanımla birgə ənənəvi ləzgi tərəvəz piroqunu hazırlayıb. Bu barədə o, instagram hesabbında paylaşım edib və ailəyə təşəkkür edib: “Yeni ilin ilk günlərində Qusarda isti, səmimi və yadda qalan anlar. Azərbaycan kənd həyatının ruhunu, milli mətbəximizin dadını və ailə dəyərlərini böyük sevgi ilə paylaşan…

Read More
Hava 

Yanvarın 8-də havanın temperaturu dəyişəcək

Azərbaycanda yanvarın 8-də havanın yağmursuz keçəcəyi, duman olacağı gözlənilir. Bu barədə Musavat.com-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Şimal-qərb küləyi səhər mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 2-4, gündüz 8-12 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80-90 %, gündüz 65-70 % təşkil edəcək. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir…

Read More
Hadisə 

Cəbrayılda mina partladı – Xəsarət alan var

İşgaldan azad edilmiş Cəbrayıl rayonunun Mehdili kəndi ərazisində mina hadisəsi baș verib. Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb. Qeyd edilib ki, humanitar minatəmizləmə əməliyyatlarına cəlb edilən özəl şirkətlərdən birinin əməkdaşı 1985-ci il təvəllüdlü Məmmədov Rəşad Nəriman oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. Hadisə nəticəsində Məmmədov Rəşad ayaq nahiyəsindən yüngül xəsarətlər alıb. Xəsarət alan əməkdaş rayon mərkəzi xəstəxanasına təxliyə edilib. Vəziyyəti qənaətbəxşdir, həyati təhlükəsi yoxdur.

Read More