Gündəm 

“Temu” Azərbaycan milli dəyərlərinə hörmətsizlik edir – FOTO

Son günlər Azərbaycanda ictimaiyyət “Temu” onlayn alış-veriş platformasında satışa çıxarılan bəzi məhsullarla bağlı ciddi narazılıq ifadə edib. Musavat.com milli.az-a istinadən xəbər verir ki, Azərbaycan xalqı üçün xüsusi mənəvi və tarixi əhəmiyyət daşıyan 8 Noyabr – Zəfər Günü və Zəfər abidəsinə aid simvolların hamam aksesuarları, corablar və unitaz üçün ayaqaltılar üzərində təsvir olunması geniş müzakirələrə səbəb olub. Sözügedən məhsulların bu formada istifadəsi cəmiyyətin böyük bir hissəsi tərəfindən milli dəyərlərə və tarixi yaddaşa hörmətsizlik kimi qiymətləndirilib. Sosial şəbəkələrdə və müxtəlif platformalarda mövzu ilə bağlı narazılıqlar səsləndirilib, aidiyyəti qurumların məsələyə münasibət bildirməsi tələb olunub.…

Read More
Hava 

Hava sabahdan mülayimləşəcək- Temperatur yüksələcək

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, ölkə ərazisinin əksər bölgələrində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur. Hazırda bəzi yerlərdə qar yağır. Yağan qarın hündürlüyü Şahbuzda 38, Qaxda 25, Qusar, Gədəbəydə 20, Zaqatalada (Əlibəy kəndi) 18, Daşkəsəndə 13, Xınalıq, Qrızda 10, Şahdağda 9, Göygöl, Sədərəkdə 6, Kəlbəcər, Laçın, Qubadlı, Şəkidə 5, Quba, Xaltan, Ordubadda 3, Ceyrançöl, Naxçıvanda 2, Qobustan, İsmayıllı, Oğuz, Qəbələ, Altıağac, Şamaxı, Şabran, Balakən, Culfa, Şuşa, Xankəndidə 1 sm-dir. Ölkə ərazisinin bəzi yerlərində qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron…

Read More
Şou biznes 

“Hər an qəlbimizdəsən…” -Azərin xanımından təsirli sözlər

Mərhum aktyor Azər Baxşəliyevin həyat yoldaşı, memar Nigar Seyid instaqram hesabında onunla bağlı paylaşım edib. Musavat.com xəbər verir ki, o, həyat yoldaşının ölüm il dönümündə kədərini izləyicilərlə bölüşüb. Nigar paylaşımına “Hər an qəlbimizdəsən…” sözlərini əlavə edib. Qeyd edək  ki, A.Baxşəliyev ötən il yanvarın 5-i vəfat edib. Mərhum uzun müddət idi ki, böyrək çatışmazlığından əziyyət çəkirdi. Cütlüyün bir qız övladı var.

Read More
Cəmiyyət 

Yük maşını Şuşa-Xankəndi yolunu bağladı-VİDEO

Qarlı hava səbəbindən Șuşa-Xankəndi yolunda yük mașını sürüşərək yolu bağlayıb. Musavat.com-a daxil olan məlumata görə, onlarla maşın 2 saata yaxın yolda qalıb. Vətəndașların 112 və 102-yə kömək göstərilməsi ilə bağlı müraciətindən sonra Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin əməkdaşları vəziyyətə müdaxilə edib və qısa zamanda məsələ öz müsbət həllini tapıb. Nigar, Musavat.com

Read More
Gündəm 

Boyat plovun yenidən isidilib yeyilməsi təhlükəlidir- Xəbərdarlıq

Bayram süfrəsində istehlak olunmayan yeməklər israf edilməməsi üçün bəzən sonrakı günlərə saxlanılır. Mütəxəssislərin fikrincə, dəfələrlə qızdırılaraq bayat halda yeyilən yeməklər orqanizm üçün ciddi fəsadlara səbəb ola bilər. Musavat.com xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb. Bildirilib ki, yumurta, balıq, ət, toyuq, göbələk, mayonez və oxşar riskli məhsullardan hazırlanmış yeməklər iki saatdan artıq süfrədə qalmamalıdır. Bu qidalar otaq temperaturunda, açıq şəkildə saxlanıldıqda və vaxtında soyuducuya yerləşdirilmədikdə, sonradan yenidən qızdırılıb istehlak edilməsi tövsiyə olunmur. Çünki düzgün saxlanma şəraiti olmadıqda yemək qalıqları mikroorqanizmlərin sürətlə çoxalması üçün əlverişli mühitə çevrilir. “El arasında…

Read More
Gündəm 

2 yanvar, iki şəhid, bir bayraq – BİR YOL: Natiq Qasımovdan Polad Həşimova uzanan milli müqavimət fəlsəfəsi

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsinin simvol fiqurlarından biri *Natiq Qasımov*un doğum günüdür. Bu tarix təkcə bir qəhrəmanın anım günü deyil, həm də Azərbaycan siyasi yaddaşında milli iradənin ötürülməsi, qəhrəmanlığın nəsildən-nəslə keçməsi kimi dərin məna daşıyan bir gündür. Natiq Səlim oğlu Qasımovun həyatı Qarabağ savaşının ən ağır mərhələsinə təsadüf etdi. O dövr Azərbaycanın dövlətçiliyinin sınaqdan çıxdığı, siyasi iradənin zəif, cəmiyyətin isə taleyüklü suallar qarşısında qaldığı illər idi. Belə bir şəraitdə könüllü şəkildə cəbhəyə yollanan Natiq Qasımov təkcə silahlı döyüşçü deyildi; o, dövlət boşluğunda xalqın vicdanını təmsil edən siyasi-mənəvi…

Read More
Hava 

Sabah hava şəraiti mülayimləşəcək, yağmursuz keçəcək

Yanvarın 2-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən “İki sahil”ə verilən məlumata görə, ölkə ərazisinin əksər bölgələrində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur. Bildirilib ki, hazırda bəzi yerlərdə qar yağır. Yağan qarın hündürlüyü Şahbuzda 38, Qaxda 25, Qusar, Gədəbəydə 20, Zaqatalada (Əlibəy kəndi) 18, Daşkəsəndə 13, Xınalıq, Qrızda 10, Şahdağda 9, Göygöl, Sədərəkdə 6, Kəlbəcər, Laçın, Qubadlı, Şəkidə 5, Quba, Xaltan, Ordubadda 3, Ceyrançöl, Naxçıvanda 2, Qobustan, İsmayıllı, Oğuz, Qəbələ, Altıağac, Şamaxı, Şabran, Balakən, Culfa, Şuşa, Xankəndidə 1 sm-dir. Ölkə ərazisinin bəzi yerlərində qərb küləyi əsir, küləyin…

Read More
Cəmiyyət 

Leyla Əliyevanın təşəbbüsü ilə aztəminatlı ailələrə bayram sovqatları çatdırılıb

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə aztəminatlı ailələrə bayram sovqatları çatdırılıb. “İki sahil” xəbər verir ki, “Bizim Mətbəx” sosial layihəsi çərçivəsində həyata keçirilən xeyriyyə aksiyasında könüllülərin iştirakı ilə Bakı şəhərinin Qaradağ rayonunda və Yevlax şəhərində yaşayan 200 aztəminatlı ailəyə ərzaq qutuları təqdim olunub. Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Bizim Mətbəx” sosial layihəsinin əsas məqsədi aztəminatlı ailələrə və ehtiyacı olan şəxslərə isti yeməklər və qida yardımları təqdim edərək cəmiyyətimizdə həmrəylik ruhunu daha da gücləndirməkdir. Fəaliyyətə…

Read More
Cəmiyyət 

Mehriban Əliyeva: Qoy sevgimizin və xeyirxahlığımızın enerjisi ətrafımızı bürüsün

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial media hesabında 2026-cı ilin ilk günündə Prezident İlham Əliyevlə birgə fotosunu paylaşıb. “İki sahil” xəbər verir ki, paylaşımda qeyd olunub: “Əziz həmvətənlərim, bacı-qardaşlarım! Yeni 2026-cı ilin ilk günündə hər birinizə möhkəm cansağlığı, uğur və rifah arzulayıram. Qoy bu il ümidlərinizi doğrultsun, ürəyinizdəki bütün arzularınızı həyata keçirsin. Hər birimizin yaşı bir il də artdı və inanıram ki, daha müdrik olduq. Qoy bu müdriklik bizə ən tutqun günlərdə belə işığı görməyə kömək etsin. Qoy qəlblərimizdə mərhəmət daha çox olsun. Qoy sevgimizin və xeyirxahlığımızın enerjisi ətrafımızı bürüsün. Çünki…

Read More
Cəmiyyət 

“Tut Əlimdən” Uşaqlar üçün Sosial Reabilitasiya Mərkəzində bayram şənliyi təşkil olunub

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü və təşkilatçılığı ilə “Tut Əlimdən” Uşaqlar üçün Sosial Reabilitasiya Mərkəzində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram şənliyi təşkil olunub. “İki sahil” xəbər verir ki, bayram tədbirində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva iştirak ediblər. Tədbir uşaqlar üçün əsl bayram ovqatında keçib. Şaxta baba və Qar qızın iştirakı ilə təşkil olunan proqram çərçivəsində uşaqlar şeirlər səsləndirib, mahnılar ifa edib, müxtəlif bədii kompozisiyalarla çıxış edərək bayram sevincini bölüşüblər. Leyla Əliyeva və…

Read More