2 yanvar – Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimovun doğum günüdür.
Bu gün Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun doğum günüdür. “Qafqazinfo”nun məlumatına görə, Polad Həşimov 1975-ci ilin yanvarın 2-si Qəbələ rayonunun Vəndam kəndində dünyaya gəlib. O, Sumqayıtda orta məktəbi bitirib. Heydər Əliyev adına ali məktəbdə təhsil alıb. Daha sonra təhsilini Türkiyədə davam etdirib. Polad Həşimov 2016-cı ildə Aprel döyüşlərində iştirak edib və xəsarət alıb. Bundan sonra ona vaxtından əvvəl general rütbəsi verilib. General-mayor Polad Həşimov 2020-ci ildə iyulun 13-dən 14-nə keçən gecə Tovuz rayonu istiqamətində döyüş zamanı qəhrəmancasına şəhid olub. İyulun 14-də onun nəşi əvvəlcə doğulduğu Qəbələ rayonunun Vəndam…
Read More