Gündəm 

Azərbaycanda tütün məmulatları üzrə aksiz vergiləri artırıldı

Bu ildən Azərbaycanda tütün məmulatları üzrə aksiz vergiləri artırılıb. Musavat.com xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsinə dəyişiklikdə əksini tapıb. Alışdırılmadan nəfəsə çəkilmək üçün nəzərdə tutulmuş, tərkibində tütün və ya bərpa edilmiş tütün olan məhsulları üzrə aksiz dərəcəsi min ədədə görə yerli istehsal və idxalda 16 manatdan 25,5 manata qaldırılıb. İstehsal məqsədli tütünlər istisna olmaqla digər çəkməli tütünlər homogenləşdirilmiş və ya bərpa edilmiş, çeynəlilən və ya buruna çəkilən tütünlər üzrə aksizin dərəcəsi hər kiloqrama görə yerli istehsalda 22 manatdan 162 manata, idxalda isə 30 manatdan 170 manata qaldırılıb.

Read More
Cəmiyyət 

Pensiya yaşı ilə bağlı QƏRAR VERİLDİ – Bu ildən…

Azərbaycanda 2026-cı il üzrə kişilərin və qadınların pensiya yaşı məlum olub. Musavat.com-un xəbərinə görə, iyulun 1-dən qadınların pensiya yaşı 65 olacaq. Kişilərin pensiya yaşı isə dəyişməyəcək, 65 il olacaq. Qeyd edək ki, “Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsinə əsasən, pensiya yaşına çatmış şəxsin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum…

Read More
Gündəm 

Azərbaycan Prezidenti: Bütün dünya bizim Zəfərimizi qəbul edir

Biz Vətən müharibəsindəki Zəfərimizdən sonra yorulmadan bu Zəfəri beynəlxalq və siyasi müstəvidə möhkəmləndirmək və təsdiqləmək üçün çalışmışıq və buna nail olmuşuq. Musavat.com xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində söyləyib. “Bütün dünya bizim Zəfərimizi qəbul edir və bizim haqlı olduğumuzu əyani şəkildə görür”, – deyə dövlətimizin başçısı əlavə edib.

Read More
Cəmiyyət 

Dövlət başçısı: Son 5 il ərzində Azərbaycan Silahlı Qüvvələri öz gücünü böyük dərəcədə artırıb

Son 5 il ərzində Azərbaycan Silahlı Qüvvələri öz gücünü böyük dərəcədə artırmışdır. Musavat.com xəbər verir ki, bunu Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində deyib. Dövlətimizin başçısı bildirib ki, yeni silahlar və texnika ilə təchiz edilmiş Ordumuz bu gün istənilən vəzifəni icra etməyə qadirdir.

Read More
Gündəm 

Prezident: Bütün azərbaycanlılar bilməlidirlər və bilirlər ki, onların arxasında güclü Azərbaycan dövləti dayanıb

Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə dünyada yaşayan bütün azərbaycanlıları ürəkdən təbrik edib. Musavat.com xəbər verir ki, dövləti başçısı Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində, həmçinin deyib: “Onlar (bütün azərbaycanlılar) bilməlidirlər və bilirlər ki, onların arxasında güclü Azərbaycan dövləti dayanıb. 2025-ci ildə olan bəzi hadisələr bir daha göstərdi ki, hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının taleyi bizim üçün qiymətlidir, önəmlidir və bizi – azərbaycanlıları ortaq tarix, dilimiz, köklərimiz, mədəniyyətimiz birləşdirir.

Read More
Cəmiyyət 

Azərbaycana Yeni il gəldiVİDEO

Musavat.com xəbər verir ki, Azərbaycan 2026-cı ilə qədəm qoyub. Gecə yarısı ilə birlikdə ölkədə Yeni il rəsmən başlayıb. Yeni ilin gəlişi münasibətilə paytaxt Bakıda və regionlarda bayram ab-havası yaşanıb. Yeni ilin gəlişi atəşfəşanlıqla qarşılanıb. 2026-cı il “Alovlu qırmızı at ili” hesab olunur. Şərq təqviminə görə bu il daha çox dinamika, fəallıq və yenilənmə ilə xarakterizə edilir. Musavat.com

Read More
Cəmiyyət 

Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı ehtimal olunur

Azərbaycanın rayonlarında yanvarın 1-i gündüz dağlıq ərazilərdən başlayaraq 3-dək hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. “İki sahil” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı ehtimal olunur. Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var.

Read More
Gündəm 

Zəfərli həmrəylik

Milli-mənəvi dəyərlərə sadiqlik hər bir xalqın inkişaf göstəricisidir. Özünə, öz kökünə, tarixi keçmişinə hörmət edə bilməyən heç kimsə uğur qazana bilməz. Məhz hər ilin son günü Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü də əldə olunan uğurların bazisini təşkil edir. Dünya Azərbaycanlılarının Həmrəylik Günü Vətənə sonsuz məhəbbət və milli-mənəvi dəyərlərimizə dərin hörmət hisslərini özündə təcəssüm etdirən tarixi bir gündür. Bu bayram dünyanın müxtəlif guşələrində yaşayan soydaşlarımızı vahid məqsəd və Azərbaycançılıq məfkurəsi ətrafında birləşdirən mənəvi körpüdür. 1991-ci il dekabrın 16-da Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçirilmiş iclasında 31…

Read More