Hava 

Sabah sulu qar yağacaq

Dekabrın 28-də gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin gün ərzində fasilələrlə yağıntılı olacağı gözlənilir. Səhər bəzi şəhərətrafı ərazilərdə yağışın sulu qarla qarışıq yağma ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi axşam mülayimləşəcək. Havanın temperaturu gecə 2-4 dərəcə isti, gündüz 5 dərəcəyədək isti olacaq. Atmosfer təzyiqi 753 mm civə sütunu, nisbi rütubət 80-85% təşkil edəcək. Azərbaycanın rayonlarında hava necə olacaq? Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Axşama doğru…

Read More
Gündəm 

2026-cı ildə benzin və digər yanacaq növləri bahalaşa bilər

Azərbaycanda yanacaq qiymətlərinin artırılacağıilə bağlı müzakirələr geniş vüsət alıb. Bəzi ekspertlər bildirirlər ki,bu artım dünya neft qiymətlərindən, idxal çətinliklərindən, idxal mənbələrinin dəyişməsindən və Tarif Şurası kimi dövlət qurumlarının qərarlarından asılıdır, Ekspertlər ilin sonunda və yeni ildə yanacaq qiymətlərinin necə olacağı ilə bağlı fərqli proqnozlar səsləndirirlər. Bəs görəsən, Azərbaycanda 2026-cı il üçün yanacaq qiymətləri artırıla bilərmi? Musavat.com xəbər verir ki, mövzu ilə bağlı iqtisadçı Asif İbrahimov konkret.az-a açıqlamasında bildirib ki, Azərbaycanda yanacaq da daxil olmaqla bütün strateji məhsulların qiymətlərini tənzimləyən orqan Tarif Şurasıdır. Yanacaq qiymətlərində istənilən dəyişiklik məhz bu qurumun qərarı əsasında…

Read More
Cəmiyyət 

Leyla Əliyeva “YAŞA” Mərkəzində yaşlı nəslin nümayəndələri ilə görüşüb

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva İçərişəhərdə yerləşən “YAŞA” Mərkəzində yaşlı nəslin nümayəndələri ilə görüşüb. Mərkəzdə yaşlı insanlar müxtəlif əl işləri, dekorativ-tətbiqi sənət nümunələri və digər yaradıcılıq fəaliyyəti ilə məşğul olur, onlar üçün mütəmadi olaraq maarifləndirici və mədəni tədbirlər təşkil edilir. “İki sahil” xəbər verir ki, Leyla Əliyeva yaşlılarla səmimi söhbət edib, səsləndirdikləri şeirləri dinləyib, onların hazırladıqları əl işlərinə baxıb, məşğələlərin məzmunu və Mərkəzin gələcək fəaliyyət planları barədə məlumat alıb. Qeyd edək ki, yaşlı insanların fəal, sağlam və mənalı həyat sürməsini dəstəkləmək üçün “YAŞA” Mərkəzləri…

Read More
Cəmiyyət 

Leyla Əliyevanın təşəbbüsü ilə Yevlax şəhərində uşaqlar üçün Yeni il tədbiri təşkil olunub

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə yeni il ərəfəsində Yevlax şəhərində yaşayan uşaqlar üçün Yeni il tədbiri keçirilib. “İki sahil” xəbər verir ki, IDEA-dan bildirilib ki, bayram tədbiri çərçivəsində müxtəlif yaş qruplarına aid 30 uşağa velosipedlər, eləcə də təhlükəsizlik ləvazimatları hədiyyə olunub. Bu təşəbbüs balacalara Yeni il ərəfəsində xoşbəxtlik və bayram əhvali-ruhiyyəsi bəxş edib. Qeyd edək ki, Leyla Əliyevanın təşəbbüsü ilə həm ölkəmizin müxtəlif regionlarında, həm də dünyanın bir sıra ölkələrində humanitar, təhsil, səhiyyə, sosial, ekoloji və digər sahələri əhatə edən genişmiqyaslı layihələr mütəmadi…

Read More
Cəmiyyət 

Leyla Əliyeva “ANİMAFİLM Studio”nun qonağı olub

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva “ANİMAFİLM Studio” yaradıcı heyəti ilə görüşüb. “İki sahil” xəbər verir ki, görüş zamanı Leyla Əliyeva studiyanın əməkdaşları ilə səmimi söhbət aparıb, yaradıcı şəxslərlə birlikdə ölkəmizdə animasiya sənətinin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi edib. Görüşdə studiyanın direktoru Rəşid Ağamalıyev, Əməkdar mədəniyyət işçisi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Elçin Hami Axundov və studiyanın əməkdaşları iştirak ediblər. Leyla Əliyevaya studiyada istehsal olunan yeni animasiya filmləri təqdim edilib. Azərbaycan və Özbəkistan animasiya ustalarının birgə istehsalı olan “Yer və Ay”, eləcə də Azərbaycan, Polşa…

Read More
Cəmiyyət 

Heydər Əliyev Fondu uşaqlar üçün bayram şənliyi təşkil edib

Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva iştirak ediblər Heydər Əliyev Fondu hər il olduğu kimi, bu il də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində qayğıya ehtiyacı olan uşaqlar üçün şənlik təşkil edib. “İki sahil” xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva iştirak ediblər. “Yeni il möcüzəsi” adlı bayram şənliyinə müxtəlif uşaq evlərində və internat məktəblərində tərbiyə alan, sağlamlıq imkanları məhdud və xüsusi qayğıya ehtiyacı olan uşaqlar, eləcə də Vətən uğrunda canlarından keçən şəhidlərimizin övladları dəvət…

Read More
Cəmiyyət 

Leyla Əliyeva “Euronews”a IDEA-nın ətraf mühitin mühafizəsi sahəsində fəaliyyəti haqqında danışıb

IDEA İctimai Birliyi Azərbaycanda və dünyada ekoloji çağırışlara cavab vermək məqsədi ilə yaradılıb. “İki sahil” xəbər verir ki, bunu Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva “Euronews”a müsahibəsində bildirib. Telekanal IDEA-nın ekologiya, iqlim dəyişikliyi və biomüxtəlifliyin qorunması sahəsində fəaliyyəti haqqında reportaj hazırlayıb. “Əvvəldən başa düşürdük ki, ekologiya ayrı-ayrı növlərin xilası və ya iqlim dəyişikliyi ilə mübarizədən qat-qat artıqdır. Bu, həyat tərzimiz, mədəniyyətimiz və hər birimizin ətraf mühitə necə təsir etdiyimizlə bağlıdır. Bir çox ölkələr təəssüf ki, qorunan ərazilərini itirsə də, Azərbaycan onları genişləndirməkdə davam edir. Son…

Read More
Cəmiyyət 

Yeni Amnistiya aktı: Dövlət başçısının növbəti humanist təşəbbüsü

Politoloq: Amnistiya aktının hüquqi və mənəvi təsirləri cəmiyyətin birliyini və dövlətə inamı daha da gücləndirəcək Azərbaycan Respublikasında növbəti Amnistiya aktının elan olunması haqqında qərarın qəbul edilməsi ölkənin hüquqi və ictimai-siyasi həyatında mühüm hadisə kimi qiymətləndirilir. Prezident İlham Əliyevin irəli sürdüyü amnistiya təşəbbüsü əsasında Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilən bu qərar dövlətin humanizm prinsiplərinə sadiqliyini, hüquqi islahatların davamlı xarakter daşıdığını və cəza siyasətində balanslı yanaşmanın tətbiq olunduğunu göstərir. Qeyd olunmalıdır ki, Amnistiya aktı Azərbaycan Respublikasının suverenliyinin tam bərpa edildiyi, Konstitusiyanın ali hüquqi qüvvəsinin ölkənin bütün ərazilərində təmin olunduğu yeni…

Read More