Cəmiyyət 

Yeni Amnistiya aktı: Dövlət başçısının növbəti humanist təşəbbüsü

Politoloq: Amnistiya aktının hüquqi və mənəvi təsirləri cəmiyyətin birliyini və dövlətə inamı daha da gücləndirəcək Azərbaycan Respublikasında növbəti Amnistiya aktının elan olunması haqqında qərarın qəbul edilməsi ölkənin hüquqi və ictimai-siyasi həyatında mühüm hadisə kimi qiymətləndirilir. Prezident İlham Əliyevin irəli sürdüyü amnistiya təşəbbüsü əsasında Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilən bu qərar dövlətin humanizm prinsiplərinə sadiqliyini, hüquqi islahatların davamlı xarakter daşıdığını və cəza siyasətində balanslı yanaşmanın tətbiq olunduğunu göstərir. Qeyd olunmalıdır ki, Amnistiya aktı Azərbaycan Respublikasının suverenliyinin tam bərpa edildiyi, Konstitusiyanın ali hüquqi qüvvəsinin ölkənin bütün ərazilərində təmin olunduğu yeni…

Read More
Cəmiyyət 

Alça gül açdı, nənəli…

  Vaxt vardı bu misralar cənub bölgəsində çayı yığımı zamanı qızların dilindən düşməzdi. İndi isə cənub mirvarisi Lənkəranda yaz-yay mövsümündə bar verən alça ağacın ikinci dəfə açdığı çiçəklər məhsula düşüb. Artıq alçalar yeməlidir. Bu nadir təbiət hadisəsi istər-istəməz adamın marağına səbəb olur. Təbiət gözəlliyinə daha bir ahəng qatan ağac Lənkəranın Şağlaser kəndində 79 yaşlı Pənci Ağayevin həyətyanı sahəsində bitir. On yaşlı ağac bu il ikinci dəfə məhsul verməsi ilə ev sahibini təbiətin yaratdığı möcüzəyə heyran qoyub. Marağımı görən Pənci kişi dedi:- Ağacın bol barına həmişə sevinmişəm. Amma onun qış fəslində…

Read More
Gündəm 

Sülh gündəliyinin təşəbbüskarı məhz Azərbaycandır – Prezident İlham Əliyev

Ermənistan onu qarşıdurmaya, gərginliyə sövq edən qüvvələrdən, onların hərbi yardımlarından imtina etməli, Azərbaycanın sülh səylərini dəstəkləməli və yalnız belə olan halda öz təhlükəsizliyini və inkişafını tam zəmanət altına almış olduğunu anlamalıdır Xəbər verildiyi kimi, dekabrın 24-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam şəhərində 2-ci yaşayış kompleksinin açılışında iştirak ediblər və buraya köçən sakinlərlə görüşüblər. Prezident İlham Əliyev görüşdə çıxış edərkən bir sıra məsələlərə toxunub. Dövlət başçısı diqqəti tarixi Zəfərimizə qədər və Zəfərdən sonrakı dövrün reallıqlarına yönəldib. Bildirib ki, Ermənistan-Azərbaycan münaqişəsi ilə məşğul olan beynəlxalq təşkilatlar başqa fikirdə…

Read More
Gündəm 

Ədalətə söykənən iradənin tarixi təntənəsi

Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir.  Həmrəylik günü ideyasının müəllifi Ümummilli Liderimiz, dahi şəxsiyyət Heydər Əliyevdir. Məhz onun   təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi “Dünya Azərbaycanlılarının Həmrəylik və Birlik Günü” haqqında 1991-ci ilin 16 dekabr tarixli qərarı ilə dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etmişdir. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə milli-mənəvi birliyə çağırış günü ümumxalq mənafelərimizin həyata keçirilməsi naminə soydaşlarımızın azərbaycançılıq ideyası əsasında sıx birləşməsi prosesinin…

Read More
Cəmiyyət 

Ağdərəyə ilk qar yağdı – FOTO, VİDEO

Ağdərə rayonuna mövsümün ilk qarı yağıb.Qısa vaxt ərzində ərazi ağ örtüyə bürünüb. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Musavat.com- a verilən məlumata görə, yağan qar hərəkətə və gündəlik fəaliyyətə hər hansı çətinlik yaratmayıb. Avtomobil yolları açıqdır, nəqliyyatın normal hərəkəti təmin olunur. Mövcud hava şəraiti ilə əlaqədar aidiyyatı qurumlar gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Təhlükəsizliyin təmin edilməsi məqsədilə zəruri tədbirlər görülür.   Şahanə Rəhimli Musavat.com

Read More
Cəmiyyət 

Leyla Əliyeva və Alena Əliyeva mükafatlandırma mərasimində iştirak ediblərFOTO

Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə növbəti Uşaq İncəsənət Festivalına yekun vurulub. Dekabrın 26-da Heydər Əliyev Mərkəzində festivalın yekun mükafatlandırma mərasimi keçirilib. Musavat.com xəbər verir ki, mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alena Əliyeva iştirak ediblər. Əvvəlcə festival barədə məlumat verilib. Bildirilib ki, 2023-cü ildən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən festivalın məqsədi milli-mənəvi dəyərlərin gənc nəslə aşılanması, ənənəvi incəsənət sahələrinin qorunub yaşadılması və dövlətinə, vətəninə bağlı gəncliyin yetişdirilməsidir. Layihə, eyni zamanda, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi…

Read More
Gündəm 

“Mən gələrdim, sonra uduzarlar, pis olar” – İlham Əliyev

Prezident İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan təntənəli mərasimdə iştirak edib. Musavat.com xəbər verir ki, tədbir zamanı dövlət başçısı il ərzində fərqlənən idmançıları və idman mütəxəssislərini mükafatlandırıb, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Mərasim çərçivəsində maraqlı və səmimi anlar da yaşanıb. Belə ki, Prezident İlham Əliyev veteran futbolçu Oqtay Abdullayev və beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev ilə qısa, lakin diqqətçəkən dialoq aparıb. Oqtay Abdullayev: Futbola gəlmək lazımdır. Prezident İlham Əliyev: Mən gələrdim, sonra uduzarlar, pis olar. Asim Xudiyev: Ağdamda yeni stadionun açılışında bizi dəvət edin. Prezident İlham Əliyev: Xankəndidə bir dəfə topa vurdum. Asim Xudiyev: Topu sonra axtarırdılar. Kim götürəcək…

Read More
Cəmiyyət 

Kəlbəcərli həyatın ilk qar sevinci-FOTOLAR

Kəlbəcər rayonuna qar yağması yeni qurulan Kəlbəcər şəhərinə bir neçə ay öncə köçmüş uşaqları daha çox sevindirib. Musavat.com xəbər verir ki, Yeni il bayramını doğma yurdlarında ilk dəfə qarşılamağa hazırlaşan uşaqlar üçün qar sanki bir hədiyyə olub. Balaca kəlbəcərlilər əyləncənin dadını çıxarırlar. Bu, onların Kəlbəcərli həyatında ilk qış və ilk qardır. Həm də buna görə əlamətdarlğı ilə seçilir.   Musavat.com

Read More
Siyasət 

Zəngəzur əvəzinə, Qazax yolu?

Ekspertlər düşünür ki, məhz İcevan yolu Ermənistana taxıl və neft daşınması üçün ən yaxşı yoldur, amma bu… İran Zəngəzur dəhlizinin heç bir şəkildə, heç bir ad altında, heç bir tərəfin iştirakı ilə çəkilməsini istəmir. Onun üçün yeganə məqbul variant bu dəhlizin ümumiyyətlə olmamasıdır. İran tərəfi Zəngəzur dəhlizi məsələsində israrlı şəkildə əks mövqe qoyaraq, müxtəlif bəhanələr gətirməklə prosesi qaralamağa çalışır. Hələ bir müddət əvvəl İranın dini lideri Əli Xamneyinin müşaviri Əli Əkbər Vilayətinin verdiyi açıqlama da bunu təsdiqləyir. Lakin Tehran mediasında başqa bir maraqlı tendensiya diqqəti çəkir. Məsələ odur ki, İran…

Read More
Hadisə 

Tovuzda qəza, sürücü ağır yaralandı

Tovuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Hadisə rayon ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan “Opel” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində sürücü ağır xəsarət alıb və xəstəxanaya yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır./Sfera.az

Read More