Cəmiyyət 

Kəlbəcərli həyatın ilk qar sevinci-FOTOLAR

Kəlbəcər rayonuna qar yağması yeni qurulan Kəlbəcər şəhərinə bir neçə ay öncə köçmüş uşaqları daha çox sevindirib. Musavat.com xəbər verir ki, Yeni il bayramını doğma yurdlarında ilk dəfə qarşılamağa hazırlaşan uşaqlar üçün qar sanki bir hədiyyə olub. Balaca kəlbəcərlilər əyləncənin dadını çıxarırlar. Bu, onların Kəlbəcərli həyatında ilk qış və ilk qardır. Həm də buna görə əlamətdarlğı ilə seçilir.   Musavat.com

Read More
Siyasət 

Zəngəzur əvəzinə, Qazax yolu?

Ekspertlər düşünür ki, məhz İcevan yolu Ermənistana taxıl və neft daşınması üçün ən yaxşı yoldur, amma bu… İran Zəngəzur dəhlizinin heç bir şəkildə, heç bir ad altında, heç bir tərəfin iştirakı ilə çəkilməsini istəmir. Onun üçün yeganə məqbul variant bu dəhlizin ümumiyyətlə olmamasıdır. İran tərəfi Zəngəzur dəhlizi məsələsində israrlı şəkildə əks mövqe qoyaraq, müxtəlif bəhanələr gətirməklə prosesi qaralamağa çalışır. Hələ bir müddət əvvəl İranın dini lideri Əli Xamneyinin müşaviri Əli Əkbər Vilayətinin verdiyi açıqlama da bunu təsdiqləyir. Lakin Tehran mediasında başqa bir maraqlı tendensiya diqqəti çəkir. Məsələ odur ki, İran…

Read More
Hadisə 

Tovuzda qəza, sürücü ağır yaralandı

Tovuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Hadisə rayon ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan “Opel” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində sürücü ağır xəsarət alıb və xəstəxanaya yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır./Sfera.az

Read More
Cəmiyyət 

Edinburq deyil, Kəlbəcərdir – VİDEO

Hazırda Kəlbəcərdə qarlı hava şəraiti hökm sürür. Publika.az xəbər verir ki, Yeni ilə sayılı günlər qalmış nağıla bənzəyən Kəlbəcər heç də Avropa şəhərlərindən geri qalmır. Görüntülərə baxanda bir anlıq Edinburqda olduğunuzu düşünə bilərsiniz, amma bura işğaldan azad edilən doğma Kəlbəcərdir: (“Qafqazinfo”)

Read More
Hava 

Qar yağacaq, yollar buz bağlayacaq – PROQNOZ

Azərbaycanda dekabrın 26-da bəzi yerlərdə yağış və qar yağacağı gözlənilir. Publika.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə yağış yağacağı ehtimal var. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 3-5 dərəcə isti, gündüz 6-8 dərəcə isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütununu 760 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % təşkil edəcək. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar…

Read More
Cəmiyyət 

Sağlam qida, yoxsa?..

Mütəxəssislər “sağlam qida” kimi təqdim edilən, lakin əslində yüksək şəkər və kalori tərkibinə malik olan qəlyanaltı batonlarının istehlakçıları yanlış yönləndirdiyi barədə xəbərdarlıq edirlər. London Kraliça Meri Universitetinin (QMUL) nəzdində fəaliyyət göstərən Duz və Şəkər üzrə Fəaliyyət Mərkəzinin araşdırmasına əsasən, Böyük Britaniyada 10 supermarketdə satışda olan 450-dən çox qəlyanaltı batonunun qida tərkibi təhlil edilib. Nəticələr göstərib ki, məhsulların 37 faizi yüksək şəkər, 55 faizi isə yüksək doymuş yağ tərkibi ehtiva edir. Təhlilə görə, “sağlam seçim” adı ilə satılan batonların 64 faizi əslində sağlam qidalanma meyarlarına cavab verməyən məhsullar kateqoriyasına daxildir. Araşdırmada…

Read More
Siyasət 

Prezidentdən İcbari Tibbi Sığorta ilə bağlı FƏRMAN

Prezident İlham Əliyev “İcbari tibbi sığorta fondunun 2025-ci il büdcəsi haqqında” 10 fevral 2025-ci il tarixli fərmanında dəyişiklik edib. Musavat.com xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb. Fərmana əsasən, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki tibb müəssisələri üzrə icbari tibbi sığorta ödənişləri və dotasiya məbləği üzrə xərclər 1 milyard 720 milyon 956 min 292 manatdan 1 milyard 642 milyon 956 min 292 manata, o cümlədən tibb müəssisələrində kadr potensialının gücləndirilməsi ilə bağlı xərclər 6 milyon manatdan 3 milyon manata, işğaldan azad olunmuş ərazilərdə mobil hospitalların saxlanılma xərcləri isə 2,5 milyon manatdan 1 milyon manata endirilib. Əvəzində TƏBİB-in tabeliyindəki tibb…

Read More
Cəmiyyət 

Yeni il gecəsi bulvara çıxanlara ŞAD XƏBƏR

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar Bakı şəhərində fəaliyyət göstərən müntəzəm marşrutlar yanvarın 1-də saat 01:30-dək fəaliyyət göstərəcək. Musavat.com bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir. Məlumata əsasən, bayram günlərində xüsusilə Dənizkənarı Milli Park və şəhərin mərkəzi əraziləri istiqamətində Yeni il şənlikləri və atəşfəşanlıqla əlaqədar sərnişin axınının daha intensiv olacağı nəzərə alınaraq təhlükəsiz, rahat və fasiləsiz daşınmanın təmin edilməsi məqsədilə müntəzəm marşrutlar üzrə fəaliyyət göstərən daşıyıcılara müvafiq tapşırıqlar verilib. Qeyri-iş günlərində də sərnişindaşıma fəaliyyətini qanunvericiliyin…

Read More
Cəmiyyət 

Bəzi yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

Dekabrın 26-da gecə və səhər bəzi yerlərdə yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarının görünüş məsafəsinin 300-800 m-dək məhdudlaşacağı gözlənilir. Musavat.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, gecə bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var.

Read More
Cəmiyyət 

Firad Əliyev təltif olundu – FOTO

Azərbaycan Respublikası hərbi prokurorunun böyük köməkçisi, baş ədliyyə müşaviri Firad Əliyev Medianın İnkişafı Agentliyi tərəfindən təltif olunub. Musavat.com xəbər verir ki, o, “Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)” Azərbaycan Respublikasının yubiley medalı ilə mükafatlandırılıb. Xatırladaq ki, baş ədliyyə müşaviri Firad Əliyev əvvəl Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Mətbuat Xidmətinin rəhbəri vəzifəsində çalışıb. Bir müddət əvvəl daxili işlər nazirinin müavini, Daxili Qoşunlar Komandanı, general-leytenant Şahin Məmmədov Daxili İşlər Nazirliyinin Daxili Qoşunları ilə Hərbi Prokurorluq arasında ictimai əlaqələrin təmin edilməsində və informasiya əməkdaşlığı fəaliyyətində fərqləndiyinə görə baş ədliyyə müşaviri Firad Əliyevi “Daxili Qoşunlar…

Read More