Gündəm 

Türk Dövlətlərinə üzv ölkələrin QHT Platforması yaradıldı

2025-ci il noyabrın 25-də Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin Həmrəylik Forumu çərçivəsində Naxçıvan şəhərində Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT Platformasının təsis konfransı keçirilib. Qeyd olunub ki, burada 8 müxtəlif dövlətdən təmsilçilər olsa da, hər kəsi türk kimliyi, ortaq mədəniyyət, dəyərlər bir ailə kimi birləşdirir, bu ailədə hamı özünü rahat, təhlükəsiz və güclü hiss edir. Qərara alınıb ki, birlikdə daha təsirli, daha səmərəli nəticələr əldə oluna bilər. Beləliklə, ilk dəfə olaraq Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Macarıstan və Şimali Kipr Türk Respublikasından olan vətəndaş cəmiyyəti təmsilçiləri Birgə Bəyannamə…

Read More
Region Xəbərləri 

Kəlbəcərin bərpası Azərbaycanın quruculuq əzminin ən möhtəşəm ifadəsidir – Xanlar Fətiyev

Bu gün Kəlbəcər rayonunun işğaldan azad edilməsinin 5-ci ili tamam olur. 2020-ci il noyabr ayının 25-də Kəlbəcərin ordumuzun nəzarətinə keçməsi Azərbaycanın Vətən müharibəsində qazandığı Zəfərin siyasi müstəvidə öz təsdiqini tapan növbəti uğuru oldu. Beləliklə, cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin hərbi-siyasi qətiyyətinin nəticəsi olaraq, 5 il əvvəl 25 noyabr tarixində daha bir rayonumuz azadlığına qovuşdu. Dağlar qoynunda yerləşən, əsrarəngiz təbiətə və zəngin mədəni irsə malik olan, hər tərəfindən gursulu çaylar axan Kəlbəcər xalqımızın qədim yurd yerlərindən biridir. “Kəlbəcər” toponiminin də mənşəyi qədim türk dilində “çay üstündə qala” deməkdir.…

Read More
Region Xəbərləri 

Böyük Qayıdış uğurla həyata keçirilir

  Fəqət Şadlinskaya YAP Bərdə rayon təşkilatının sədri 44 günlük Vətən müharibəsində əldə etdiyimiz şanlı Qələbənin  nəticəsində imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata əsasən Kəlbəcər rayonu noyabrın 25-də  Azərbaycana təhvil verildi.  Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi. Müzəffər Ali Baş Komandan İlham Əliyev 25 noyabr 2020-ci ildə Kəlbəcərin işğaldan azad edilməsi ilə bağlı xalqa müraciətində bildirmişdir: “Əziz kəlbəcərlilər, gözünüz aydın olsun! Doğma rayonunuz işğaldan azad olundu. Bu günü Azərbaycan xalqı uzun illər ərzində səbirsizliklə gözləyirdi.” Prezident İlham Əliyev onu da qeyd etmişdir…

Read More
Region Xəbərləri 

Qayıdışın və qürurun simvolu

Noyabrın 25-də Kəlbəcər rayonunun işğaldan azad edilməsinin beş ili tamam olur. Bu tarix, həm də “Kəlbəcər Şəhəri Günü” kimi qeyd edilir. Əlamətdar haldır ki, bu il Kəlbəcər şəhərinə Böyük Qayıdış reallaşıb. Kəlbəcər rayonu 1993-cü ilin aprel ayında Ermənistan tərəfindən işğal edilmişdir. O zaman hakimiyyətdə olan AXC-Müsavat cütlüyünün səriştəsizliyi nəticəsində strateji önəmə malik olan Kəlbəcərin müdafiəsi lazımi səviyyədə təşkil olunmamışdı. Halbuki, yüksək dağlıq relyefə malik olan rayonun müdafiəsini təşkil etmək mümkün idi. Lakin hakimiyyət daxilində mübarizə, ordu rəhbərliyinin yarıtmaz fəaliyyəti Kəlbəcərin işğalına səbəb olmuşdu. İşğal zamanı 511 dinc sakin öldürülüb, 321…

Read More
Gündəm 

Xəzər dənizi ikiyə bölünəcək – Alimdən DƏHŞƏTLİ PROQNOZ

Son illərdə Xəzər dənizində suyun çəkilməsi çox ciddi narahatlığa səbəb olub. Xəzər dənizinin suyunun çəkilməsi ilə bağlı AMEA-nın Coğrafiya İnstitutunun əməkdaşları da bədbin proqnozlar verməkdədirlər. Coğrafiya İnstitutunun elmi əməkdaşı Mirnuh İsmayılov Xəzər dənizində çəkilmələrin səbəbini tektonik proseslərlə əlaqələndirir. “Xəzər dənizi aktiv tektonik bölgədə yerləşir. Çünki Qafqaz dağları cavan dağ hesab edildiyindən burada dağ əmələgəlmə prosesi başa çatmayıb. Yəni dağəmələgəlmə prosesi davam etdiyindən də Xəzərin suyunun çəkilmə prosesini müşahidə edirik. Tektonik proseslər isə uzun müddətlidir”, – mütəxəssis qeyd edib. AMEA əməkdaşı hesab edir ki, tektonik proseslərin nəticəsi olaraq Xəzər dənizinin ikiyə…

Read More
Cəmiyyət 

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Qaradağda yeni parkın açılışında iştirak edib

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Qaradağ rayonunun Qobustan qəsəbəsində salınmış yeni parkın açılışında iştirak edib. “İki sahil” xəbər verir ki, Bakı–Qazax magistral yolunun 60-cı kilometrliyində, yaşayış evlərinin qarşısında yerləşən yeni istirahət məkanının ümumi sahəsi 10 min 350 kvadratmetrdir. Qobustan qəsəbəsi sakinləri üçün sağlam və keyfiyyətli istirahət məkanı formalaşdırmaq, yaşayış mühitini daha da yaxşılaşdırmaq məqsədilə parkda geniş abadlaşdırma işləri aparılıb. Yaşıllaşdırma işləri çərçivəsində park ərazisində müxtəlif növ ağaclar, kol bitkiləri və güllər əkilib, qazon salınıb. Sakinlərin və xüsusən də uşaqların rahatlığı üçün ərazidə söhbətgahlar, uşaq…

Read More
Cəmiyyət 

Sanki Pəncəli Leyla və Arzu xanımın doğma qardaşıdır – Milli Qəhrəmanın anası

Xəbər verdiyimiz kimi, noyabrın 21-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva Astarada Azərbaycanın Milli Qəhrəmanı Pəncəli Teymurovun ailəsini ziyarət ediblər. “İki sahil” xəbər verir ki, Milli Qəhrəmanın anası Vahimə Ağayeva görüşdən sonra təəssüratlarını “Real TV” ilə bölüşüb: “Leyla və Arzu xanım mənim doğma balamdır. İkisi də elə bil burada böyüyüblər, sanki Pəncəli onların doğma qardaşıdır. Pəncəlinin muzeyini ziyarət etdilər, şəkillərə baxdılar”. Leyla və Arzu Əliyevalar şəhidin xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılan ev-muzeyinə baxış keçirib, burada Pəncəli Teymurovun xatirə kitabına bu sətirləri yazıblar: “Bu müqəddəs məkan yalnız bir qəhrəmanın deyil,…

Read More
Gündəm 

Kəlbəcərin Zəfər Yolu: 25 noyabrın tarixi məsuliyyəti və milli mənası

25 noyabr Azərbaycan tarixində təkcə bir rayonun azadlığı deyil, dövlətçilik iradəsinin, milli qətiyyətin və siyasi uzaqgörənliyin ən parlaq təcəssümüdür. Bu gün Kəlbəcərin işğaldan azad edilməsinin ildönümü ölkəmizin gücünün, diplomatik üstünlüyünün və hərbi-siyasi manevr qabiliyyətinin milli yaddaşdakı təntənəsidir. Kəlbəcərin işğaldan azad edilməsi Azərbaycan dövlətinin regionda yaratdığı yeni reallığın mühüm dayaq nöqtəsinə çevrilmişdir. Kəlbəcər uzun illər Ermənistanın hərbi işğalı altında qalmış, strateji coğrafiyası – dağlıq relyefi, yüksəklikləri, nəqliyyat dəhlizlərinə nəzarət edən mövqeləri – düşmən üçün vacib dayaq sahəsi olmuşdur. Regionun zəngin yeraltı təbii ehtiyatları, mis, qızıl və digər metallarla zəngin yataqları, həmçinin…

Read More
Gündəm 

Doğma sakinlərinə qovuşan qədim yurd yerimiz

25 noyabr Kəlbəcər Şəhəri Günüdür.  Ermənistan silahlı qüvvələrinin 2020-ci il 27 sentyabr tarixində ərazilərimizi müxtəlif istiqamətlərdən raket atəşinə tutmasından   sonra rəşadətli  Ordumuzun  44 gün davam edən əks-hücum əməliyyatı noyabrın 10-da hərbi-siyasi Qələbəmizin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan  üçtərəfli Bəyanatın imzalanması ilə nəticələndi. Beləliklə, 30 illik torpaq həsrətimizə  son qoyuldu, tarixi ədalət bərpa edildi. Prezident, Ali Baş Komandan İlham Əliyevin adı tariximizə torpaqlarımızın xilaskarı kimi qızıl hərflərlə yazıldı. Bir daha sübut olundu ki, ən güclü ordu Azərbaycan Ordusudur, ən məğrur, yenilməz xalq Azərbaycan xalqıdır. İmzalanan birgə Bəyanata əsasən Kəlbəcər noyabrın 15-də…

Read More