25 noyabr Azərbaycan tarixində təkcə bir rayonun azadlığı deyil, dövlətçilik iradəsinin, milli qətiyyətin və siyasi uzaqgörənliyin ən parlaq təcəssümüdür. Bu gün Kəlbəcərin işğaldan azad edilməsinin ildönümü ölkəmizin gücünün, diplomatik üstünlüyünün və hərbi-siyasi manevr qabiliyyətinin milli yaddaşdakı təntənəsidir. Kəlbəcərin işğaldan azad edilməsi Azərbaycan dövlətinin regionda yaratdığı yeni reallığın mühüm dayaq nöqtəsinə çevrilmişdir. Kəlbəcər uzun illər Ermənistanın hərbi işğalı altında qalmış, strateji coğrafiyası – dağlıq relyefi, yüksəklikləri, nəqliyyat dəhlizlərinə nəzarət edən mövqeləri – düşmən üçün vacib dayaq sahəsi olmuşdur. Regionun zəngin yeraltı təbii ehtiyatları, mis, qızıl və digər metallarla zəngin yataqları, həmçinin…
Read More