Hava 

Sabah Bakıda hava yağmursuz olacaq

Bakıda və Abşeron yarımadasında noyabrın 16-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Musavat.com-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 10-14, gündüz 16-19 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % təşkil edəcək. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı,…

Read More
Cəmiyyət 

Yaşar Nurinin qızı vəfat etdi

Mərhum Xalq artisti Yaşar Nurinin qızı Ülviyyə Yaşarqızı vəfat edib. Bu barədə “Qafqazinfo”ya onun bacısının köməkçisi məlumat verib. Bildirib ki, o, gecə saatlarında ürək çatışmazlığından dünyasını dəyişib. Qeyd edək ki, Ülviyyə Yaşar Nurinin böyük qızıdır. Mərhumun bir övladı var. Ülviyyə Yaşarqızının bacısı Ülkər Yaşarqızı müğənniliklə məşğul olur.

Read More
Dünya 

Rumıniya Kiyevdə Azərbaycanın səfirliyinin binasının atəşə tutulmasını pisləyib

Rumıniya Xarici İşlər Nazirliyi (XİN) Kiyevdə Azərbaycanın səfirliyinin binasının atəşə tutulmasını qətiyyətlə pisləyib. Bu barədə “Report” məlumat verir. Nazirlikdə qeyd ediblər ki, noyabrın 14-də gecə saat 1:00 radələrində raket və dron hücumları nəticəsində “İsgəndər” tipli raketin (Rusiya) Kiyevdə Azərbaycan səfirliyinin ərazisinə düşməsi Vyana Konvensiyasının kobud şəkildə pozulmasıdır. “Diplomatik nümayəndəliklərin ərazisi toxunulmazdır. Azərbaycan Xarici İşlər Nazirliyi və azərbaycanlı həmkarlarımızla tam həmrəyliyimizi ifadə edirik”, – Rumıniya XİN-də bildiriblər. Xatırladaq ki, Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə çağırılıb və ona noyabrın 14-də təqribən gecə saat 1:00-da Ukraynanın paytaxtı Kiyev şəhərinə raket…

Read More
Cəmiyyət 

Azərbaycanda yeni məktəblər istifadəyə veriləcək – ƏRAZİLƏR ÜZRƏ SİYAHI

Azərbaycanda yeni məktəb binaları istifadəyə veriləcək və bununla bağlı tikinti işlərinə başlanılır. Musavat.com xəbər verir ki, bu barədə İqtisadiyyat.az Elm və Təhsil Nazirliyindən məlumat əldə edib. Belə ki, respublika üzrə 2 ədəd məktəbəqədər və 17 ədəd tam orta məktəb binaları tikiləcək, eləcə də 2 ədəd modul tipli tam orta məktəb binası quraşdırılacaq. Nazirliyin sifarişi ilə təhsil müəssisələrinin tikinti-quraşdırılması ilə bağlı layihə-smeta sənədlərini “Design Project” şirkəti 2,5 milyon manata hazırlayacaq. Həmin təhsil müəssisələri aşağıdakılardır: Xızı rayonu, Giləzi qəsəbə 40 yerlik körpələr evi-uşaq bağçası, Xızı rayonu, Yeni Yaşma kənd 40 yerlik körpələr evi-uşaq…

Read More
Cəmiyyət 

Dekabrda 9 gün iş olmayacaq – TARİXLƏR

2025-ci il üçün iş vaxtı norması və istehsalat təqviminə əsasən, dekabr ayında xüsusi günlərə görə 1 gün qeyri-iş günü olacaq. 31 dekabr həftəiçi gününə təsadüf etdiyindən iş və istirahət günlərinin dəyişdirilməsi nəzərdə tutulmayıb. Beləliklə, şənbə, bazar və xüsusi günlər də daxil olmaqla, dekabr ayında ümumilikdə 9 gün iş olmayacaq./metbuat.az

Read More
Region Xəbərləri 

Xocalının Şuşakənd və Xanyurdu kəndlərinə növbəti köç oldu- FOTO

Noyabrın 14-də növbəti köç karvanı Xocalı rayonunun Şuşakənd və Xanyurdu kəndlərinə çatıb .Doğma yurda qayıdan ailələr bərpa edilmiş evlərinin açarlarını təhvil alaraq məskunlaşıblar.Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata əsasən, bu mərhələdə Şuşakəndə 55 nəfərdən ibarət 19 ailə, Xanyurdu kəndinə isə 12 ailə yəni 34 nəfər köçürülüb. Köçürülən ailələr uzun illər respublikanın müxtəlif bölgələrində əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış vətəndaşlardan ibarətdir. Şuşakənd və Xanyurduya qayıdan sakinlərə mənzillərin açarlarının təqdim edilməsi mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa,…

Read More
Cəmiyyət 

Növbəti köç karvanı Şuşakəndə çatdı

Xocalı rayonuna yola salınan növbəti köş karvanı Şuşakənd kəndinə çatıb. Bu mərhələdə Şuşakənd kəndinə köçürülən ailələr ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Qeyd edək ki, bu mərhələdə kəndə 19 ailə (55 nəfər) köçürülüb.//Report.az

Read More
Cəmiyyət 

Leyla Əliyeva Mingəçevirdə ekoloji aksiyalarda iştirak edib

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Mingəçevirə səfəri çərçivəsində bir sıra ekoloji aksiyalarda iştirak edib. “İki sahil” xəbər verir ki, əvvəlcə Leyla Əliyevanın iştirakı ilə Mingəçevir su anbarına 25 min sazan balığı buraxılıb. Aksiya su bioresurslarının bərpası, balıq ehtiyatlarının artırılması və su hövzələrinin ekoloji tarazlığının qorunmasına töhfə vermək məqsədi daşıyır. Daha sonra Leyla Əliyeva Korçay Dövlət Təbiət Yasaqlığı ərazisində həyata keçirilən reintroduksiya prosesində iştirak edib. Yasaqlığa Şirvan Milli Parkının ərazisindən gətirilmiş 10 baş ceyran buraxılıb. Ceyranların Yasaqlıq ərazisinə köçürülməsində məqsəd mövcud ceyran populyasiyası arasında gen…

Read More
Cəmiyyət 

Leyla Əliyeva Mingəçevirdə yerləşən avarçəkmə bazasında idmançılarla görüşüb

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Mingəçevir şəhərinə səfəri çərçivəsində avarçəkmə bazası ilə tanış olub. “İki sahil” xəbər verir ki, Leyla Əliyevaya Kür çayı üzərində salınmış “Kür” Olimpiya Tədris-İdman Mərkəzinin fəaliyyəti, burada yaradılan infrastruktur, idmançıların hazırlıq prosesi və qazanılan nailiyyətlər barədə ətraflı məlumat verilib. Bildirilib ki, “Kür” Olimpiya Tədris-İdman Mərkəzi Avropada, eləcə də MDB məkanında bənzəri olmayan avarçəkmə bazalarından biridir. Mərkəz avarçəkmə idman növü üzrə milli komandanın əsas hazırlıq bazalarından biri kimi fəaliyyət göstərir. Burada müxtəlif yaş qruplarına aid idmançıların peşəkar səviyyədə məşq etmələri üçün…

Read More