Hava 

Hava kəskin dəyişir – XƏBƏRDARLIQ EDİLDİ

Bakıda və Abşeron yarımadasında mayın 29-u axşamdan 30-u səhərədək arabir yağış yağacağı gözlənilir. Musavat.com xəbər verir ki, yarımadanın bəzi yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Mayın 29-u gündüz Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq 31-i gündüzədək bəzi yerlərdə hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı, 29-da bəzi yerlərdə yağıntının güclənəcəyi ehtimalı var. Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur. Ölkə ərazisində qeyri-sabit hava şəraiti ilə əlaqədar havanın…

Read More
Siyasət 

Prezidentin tarixi Böyük Qaladərəsi mesajları – deputatdan açıqlamalar

Prezident İlham Əliyevin Şuşa rayonunun Böyük Qaladərəsi kəndində sakinlərlə görüşü zamanı səsləndirdiyi fikirlər Azərbaycanın postmünaqişə dövründə formalaşdırdığı yeni siyasi reallığın əsas istiqamətlərini əks etdirir. Bunu Musavat.com-a açıqlaması zamanı Milli Məclisin deputatı, siyasi elmlər doktoru Rizvan Nəbiyev bildirib. Deputat ölkə Prezidentinin səsləndirdiyi fikirlərə diqqət çəkib: “Dövlət başçısı çıxışında xüsusilə vurğuladı ki, Azərbaycanın əldə etdiyi hərbi-siyasi nəticələr təsadüfi deyil, uzunmüddətli strateji hazırlığın nəticəsidir: “Biz güc yığırdıq, güc toplayırdıq – həm iqtisadi, həm hərbi, həm beynəlxalq müstəvidə”. Bu fikir Azərbaycanın məhz Prezident İlham Əliyevin son 20 ildən artıq bir müddətdə həyata keçirdiyi dövlət quruculuğu modelinin mahiyyətini…

Read More
Gündəm 

Azərbaycanda kərə yağı ilə bağlı qərar verildi

Bu ilin yanvar-aprel aylarında Azərbaycan xarici ölkələrdən 9 min 76 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edib. Musavat.com Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu məhsulların dəyəri 57 milyon 476 min ABŞ dolları təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 246 ton (2,6%), dəyər baxımından 7 milyon 997 min ABŞ dolları (12%) azdır. Hesabat dövründə kərə yağı və süddən hazırlanmış digər yağlar Azərbaycanın ümumi idxalının 1%–ni təşkil edib. Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında Azərbaycan xarici ölkələrlə 17 milyard 403 milyon ABŞ…

Read More
Gündəm 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda və gübrə göndəriləcək

Bu gün Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçiriləcək. Musavat.com  “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) istinadən xəbər verir ki, 4 vaqondan ibarət, çəkisi 280 ton olan buğda və 4 vaqondan ibarət, çəkisi 277 ton olan gübrə Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndəriləcək. Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 28 min tondan çox taxıl, 4 min tondan çox gübrə, 133 ton alüminium və 68 ton qarabaşaq göndərilib. Xatırladaq ki, tranzitlə yanaşı, Azərbaycandan Ermənistana neft məhsulları da ixrac olunur. İndiyədək Azərbaycandan Ermənistana 10 min tondan çox dizel,…

Read More
Cəmiyyət 

Nazirlik hava şəraiti ilə əlaqədar əhaliyə müraciət etdi

Fövqəladə Hallar Nazirliyi bəzi ərazilərdə gözlənilən küləkli və qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Bu barədə Musavat.com-a FHN-dən məlumat verilib. Qeyd olunub ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində bir sıra ərazilərdə arabir güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi və şimşək çaxacağı proqnozlaşdırılır. “Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi müvafiq təhlükəsizlik qaydalarını bir daha xatırladır. Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında…

Read More
Dünya 

Paşinyan ram olmur, Ermənistan məhsulları “xarab” çıxır

Rusiya Federasiyasısının qısaca “Rosselxoznadzor” (baytarlıq və fitosanitar nəzarət üzrə federal xidmət) adlanan agentliyi 30 maydan etibarən Ermənistandan pomidor, xiyar, bibər, yaşıl tərəvəz və çiyələk idxalını məhdudlaşdıracaq. Musavat.com xarici mediaya istinadla xəbər verir ki, agentlik Ermənistandan gələn bəzi meyvə-tərəvəz göndərişlərinin şəffaf mülkiyyəti və müvafiq fitosanitar nəzarəti olmayan şirkətlər vasitəsilə emal olunduğunu bildirib. Agentliyin məlumatına görə, 30 may 2026-cı il tarixindən etibarən Rosselxoznadzor, göndərilən məhsulların təhlükəsizliyini təmin etmək üçün müvafiq alqoritm hazırlanana qədər Ermənistandan gələn məhsulların idxalına müvəqqəti məhdudiyyətlər tətbiq edəcək. Agentlik məhdudiyyətlərin təchizat pozuntularının artması ilə əlaqəli olduğunu aydınlaşdırıb: 2026-cı ilin…

Read More
Cəmiyyət 

Küləkli hava şəraiti ilə bağlı gəmilərə XƏBƏRDARLIQ

Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib. Qurumdan Musavat.com-a verilən məlumata görə, mayın 29-u axşamdan Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb və şimal küləyi mayın 30-u gündüz saatlarına kimi davam edəcək: “Həmin günlər ərzində şimal-qərb və şimal küləyinin 18-23 m/s, arabir 25-30 m/s, açıq dənizdə isə 33 m/s-dək güclənəcəyi gözlənilir. Dalğanın hündürlüyünün 2.0-3.0 m. sonrakı inkişafda isə 3.5-5.5 m. çatacağı proqnozlaşdırılır”.

Read More
Gündəm 

Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur

Bu gün Azərbaycanda Müstəqillik Günüdür. 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasından 108 il ötür. Bu bayram artıq altıncı ildir ki, işğaldan azad edilən ərazilərdə də qeyd olunur. 1917-ci ildə Rusiyada baş vermiş Fevral inqilabı nəticəsində Çar İmperiyasının süqutu ilə ölkədə çarizmin məzlum vəziyyətə saldığı xalqların milli hərəkatı başlanıb. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) – müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət yaradılıb. Məhəmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyəti türk və İslam dünyasında ilk parlamentli respublika,…

Read More