Siyasət 

Amina J Mohammed: Azərbaycanın iqlim diplomatiyası və digər davamlı səyləri vacib olaraq qalır

Azərbaycanın davamlı səyləri həmişəkindən daha çox ehtiyac duyulduğu dövrdə vacib olaraq qalır. Musavat.com xəbər verir ki, bunu BMT baş katibinin müavini Amina J Mohammed “X”dəki hesabında yazıb. “Azərbaycan Prezidenti İlham Əliyevlə məzmunlu müzakirə. Azərbaycanın uğurlu COP29 sədrliyindən tutmuş Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi etməsinə qədər, iqlim diplomatiyası, çoxtərəflilik və əməkdaşlığı inkişaf etdirmək üçün davamlı səyləri kollektiv fəaliyyətə həmişəkindən daha çox ehtiyac duyulduğu bir dövrdə vacib olaraq qalır”, – Amina J Mohammed qeyd edib.  

Read More
Gündəm 

Böyük Qaladərəsi kəndində daha 20 evin bərpası planlaşdırılır

Şuşa rayonunun Böyük Qaladərəsi kəndində birinci mərhələdə 17 ev bərpa olunub, növbəti mərhələdə isə 20 evin bərpası planlaşdırılır. Musavat.com xəbər verir ki, bu barədə Prezidenti İlham Əliyev kənddə fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olarkən məlumat verilib. Qeyd edilib ki, kənddə ümumilikdə 50 fərdi ev var. Onlardan 13-ü yararsızdır, 37-si isə qismən yararlıdır. Bildirilib ki, ilkin olaraq kəndə 64 nəfər (14 ailə) qayıdıb.

Read More
Cəmiyyət 

Böyük Qaladərəsi kəndində Bayraq meydanı yaradılıb

Şuşa rayonunun Böyük Qaladərəsi kəndində Bayraq meydanı yaradılıb. Musavat.com xəbər verir ki, bu barədə mayın 28-də kəndi ziyarət edib, sakinlərlə görüşən Prezident İlham Əliyevə məlumat verilib. Bildirilib ki, kənddə yaşayış üçün lazımi şəraitin yaradılması və sosial məsələlərin həlli istiqamətində bir sıra layihələr icra olunub. Burada transformator quraşdırılıb, yeni elektrik xətləri çəkilib, mövcud xətlər isə bərpa olunub. İlkin mərhələdə məskunlaşdırılacaq fərdi evlər sayğaclaşdırılıb. Bundan başqa, kənddə yeni qaz xətti çəkilib və sayğacların quraşdırılması işlərinə başlanılıb. Sakinlərin içməli su ilə təmin olunması üzrə də işlər görülüb, paylayıcı su xətləri çəkilib, sayğaclar quraşdırılıb. Hazırda…

Read More
Siyasət 

İlham Əliyev Xankəndidə əsaslı şəkildə yenidən qurulmuş Mədəniyyət Mərkəzinin açılışında iştirak edib

Azərbaycan Prezidenti İlham Əliyev mayın 28-də Xankəndi şəhərində əsaslı şəkildə yenidən qurulmuş Mədəniyyət Mərkəzinin açılışında iştirak edib. Musavat.com xəbər verir ki, Xankəndi şəhəri, Xocalı və Ağdərə rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov dövlətimizin başçısına görülmüş işlər barədə məlumat verdi. Qeyd edək ki, Xankəndi şəhərində yerləşən Mədəniyyət Mərkəzinin binası XX əsrin 60-70-ci illərində tikilib. Uzunmüddətli istismar nəticəsində binanın yükdaşıyan konstruksiyalarında aşınmalar, deformasiyalar və müxtəlif zədələnmələr yaranmışdı. Aparılmış əsaslı yenidənqurma işləri nəticəsində Mədəniyyət Mərkəzində müxtəlif mədəni-kütləvi tədbirlərin təşkili, kino və səhnə fəaliyyəti, yaradıcılıq, təlim, məşğələ, inzibati idarəetmə, turizmyönümlü xidmətlərin həyata keçirilməsi üçün zəruri…

Read More
Cəmiyyət 

SON DƏQİQƏ: Vəfat edən şəxsin pensiyası onlara verilə bilər

Azərbaycanda minlərlə vətəndaş illərlə işləyərək pensiya kapitalı toplayır. Lakin şəxs dünyasını dəyişdikdən sonra onun hesablanan, amma alınmayan pensiya vəsaitinin taleyi çoxlarını düşündürür. Mövcud qanunvericilikdə bu məbləğin vərəsələrə ödənilməsi ilə bağlı məhdudiyyətlərin olması isə narazılıq yaradır. Bəs vəfat edən şəxsin topladığı pensiya kapitalı ailə üzvlərinə verilə bilərmi? Mövzu ilə bağlı açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirib ki, pensiya kapitalı ilə bağlı qanunvericilikdə ciddi boşluqlar mövcuddur: “Pensiya kapitalı ilə vəziyyət elədir ki, qanunvericilikdə bununla bağlı ciddi boşluqlar var. Yeganə əlçatan məsələ ondan ibarətdir ki, ailə başçısını itirən şəxsin öz təqaüdü aşağıdırsa və…

Read More
Siyasət 

İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində – FOTOLAR/VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Şuşa rayonunun Böyük Qaladərəsi kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb. Musavat.com xəbər verir ki, Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov dövlətimizin başçısına görülmüş işlər barədə məlumat verdi. Qeyd edək ki, Böyük Qaladərəsi Şuşa rayonunun Qaladərəsi kənd inzibati ərazi dairəsində yerləşir. Kənd 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. 2023-cü ildə Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi antiterror əməliyyatı zamanı Böyük Qaladərəsi işğaldan azad olunub. Bildirildi ki, kənddə yaşayış üçün lazımi şəraitin…

Read More
Gündəm 

Prezident: Müstəqillik böyük nemət, böyük nailiyyətdir

Müstəqillik böyük nemətdir, böyük nailiyyətdir. Amma əsl müstəqillik o vaxt olur ki, ölkə müstəqil siyasət apara bilsin. Musavat.com xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində sakinlərlə görüşündə deyib. Dövlət başçısı qeyd edib ki, Azərbaycan o ölkələrdəndir. “İndi dünyada 200-ə yaxın müstəqil ölkə var. Amma demək olmaz ki, onların hər biri, doğrudan da, müstəqildir. Biz, sözün əsl mənasında, müstəqil dövlətik. Çünki öz taleyimizi özümüz həll edirik, siyasətimizi heç kimə baxmadan xalqın, dövlətin naminə, milli maraqların qorunması əsasında aparırıq. Buna görə də dünyada böyük şöhrət qazanmışıq. Baxmayaraq ki,…

Read More