Hava 

Hava ilə bağlı XƏBƏRDARLIQ – Sabah gecədən BAŞLAYIR…

Bakıda və Abşeron yarımadasında mayın 29-u axşamdan 30-u səhərədək arabir yağış yağacağı gözlənilir. Musavat.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb. Qeyd olunub ki, yarımadanın bəzi yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Mayın 29-u gündüz Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq 31-i gündüzədək bəzi yerlərdə hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı, 29-da bəzi yerlərdə yağıntının güclənəcəyi ehtimalı var. Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi…

Read More
Siyasət 

İlham Əliyev: Əzab-əziyyətə baxmayaraq, Azərbaycan xalqı əyilmədi

Azərbaycan xalqı böyük xalqdır. Musavat.com xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində sakinlərlə görüşündə deyib. Dövlət başçısı qeyd edib ki, əzab-əziyyətə baxmayaraq, Azərbaycan xalqı əyilmədi, iradəsini yerində saxladı və bir ümidlə yaşayırdı ki, gün gələcək və bu torpaqlara qayıdacaq: “Son illər ərzində – 2003-cü ildən bu yana keçmiş köçkünlərlə çoxsaylı görüşlərimdə həm işğal dövründə, həm Zəfərdən sonra bir daha əmin oluram ki, bizim xalqımız nə qədər əzəmətlidir, vüqarlıdır və yenilməzdir. Siz 30 il doğma diyarınızdan məhrum edilmişdiniz, amma ümidinizi itirmədiniz, iradənizi qırmadınız və inanırdınız ki, bu…

Read More
Cəmiyyət 

İlham Əliyev: Ətrafımızdakı müharibələrin nə ilə nəticələnəcəyini heç kim bilmir

Müharibələr Azərbaycanın yan-yörəsini əhatə edib: istər Şimalda, istər Cənubda, istər başqa yerlərdə. Musavat.com xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində sakinlərlə görüşündə deyib. “Yəni bu müharibələrin sonu olacaqmı? Heç kim bilmir. Nə ilə nəticələnəcək? Heç kim bilmir. Bu müharibələrin qalibi kimdir? Onu da demək çətindir, hərə deyir ki, mən qalibəm”, – dövlət başçısı deyib.

Read More
Gündəm 

Şuşada Prezidentlə maraqlı söhbət: qızımı niyə gətirməmisən? – VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Şuşa rayonunun Böyük Qaladərəsi kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb. Musavat.com xəbər verir ki, Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov dövlətimizin başçısına görülmüş işlər barədə məlumat verib. Qeyd edək ki, Böyük Qaladərəsi Şuşa rayonunun Qaladərəsi kənd inzibati ərazi dairəsində yerləşir. Kənd 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. 2023-cü ildə Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi antiterror əməliyyatı zamanı Böyük Qaladərəsi işğaldan azad olunub. Bildirildi ki, kənddə yaşayış üçün lazımi şəraitin…

Read More
Gündəm 

İcra Hakimiyyətinin göndərdiyi qurban əti köhnə olub? -Açıqlama

Cəlilabad Rayon İcra Hakimiyyəti tərəfindən şəhid ailələrinə Qurban bayramı münasibətilə ət payı göndərilib. Sosial şəbəkələrdə yayılan videoda həmin ətin köhnə olduğu üçün artıq istifadəyə yaramadığı iddia edilib. Vətəndaşlar bildirib ki, ət göyərmiş və qurdlamış şəkildə göndərildiyi üçün kəskin qoxu hiss olunub. Görüntülərlə bağlı Cəlilabad Rayon İcra Hakimiyyətinə müraciət edilib. Qurumdan cavab olaraq bildirilib ki, isti hava və məsuliyyəsizlik səbəbindən bəzi qurban paylarında problem yaransa da, artıq aradan qaldırılıb: “Qurban bayramı münasibətilə Cəlilabad RİH tərəfindən 1800 şəhid, qazi və aztəminatlı ailəyə qurban payı göndərilib. Lakin qəssab və ərazi üzrə nümayəndə tərəfindən məsuliyyətsizliyə…

Read More
Cəmiyyət 

Azərbaycan xalqını belə təbrik etdi: Oğlu Şuşada mahnı oxudu – VİDEO

Moldovanın Azərbaycandakı səfiri Aleksandr Esaulenkonun oğlu Şuşada “Şən Azərbaycan” mahnısını ifa edib. “Qafqazinfo” xəbər veirir ki, bu barədə səfir feysbuk hesabında paylaşım edib. “Azərbaycan Respublikasını və Azərbaycan xalqını 28 May – Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Bu mahnı ilə oğlum Azərbaycana olan hörmətini və sevgisini ifadə edir”, – paylaşımda qeyd olunub. Esaulenko həmçinin paylaşıma oğlu Vyaçeslav Esaulenkonun sözügedən mahnını ifa etməsini əks etdirən video da əlavə edib. Məlumat üçün bildirək ki, səfirin oğlu Vyaçeslav Esaulenko Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən K.Səfərəliyeva adında 16 nömrəli Uşaq musiqi məktəbində vokal ixtisası üzrə…

Read More
Cəmiyyət 

Bakıda və rayonlarda külək güclənəcək – sarı və narıncı XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə mayın 29-30-da gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. Musavat.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb. Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR, Qazax, Ağstafa, Şəmkir, Tovuz, Gəncə, Naftalan, Goranboy, Samux, Daşkəsən, Gədəbəy, Kəlbəcər, Laçın, Zəngilan, Füzuli, Göyçay, Ağdaş, Ucar, Zərdab, Göygöl, Mingəçevir, Bərdə, Yevlax, Tərtər, Ağdam, Ağcabədi, Lerik, Yardımlı, Qobustan, Quba, Qusar, Neftçalada narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək. Ölkənin digər bölgələrində sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin…

Read More
Hava 

Sabah hava PİSLƏŞƏCƏK: İntensiv yağış, şimşək çaxacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Musavat.com Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, gecəyə doğru yarımadanın ayrı-ayrı yerlərində qısa müddətə intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər duman olacaq. Cənub-şərq küləyi axşama doğru güclü şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 17-20° isti, gündüz 22-27° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunundan 750 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 60-65 % təşkil edəcək. Azərbaycanın rayonlarında havanın əsasən…

Read More
Siyasət 

Prezident Xankəndidə müəssisənin AÇILIŞINDA – FOTOLAR

Azərbaycan Prezidenti İlham Əliyev mayın 28-də Xankəndidə “GP Safety” MMC-nin iş əlcəkləri istehsalı müəssisəsinin açılışında iştirak edib. Musavat.com xəbər verir ki, “GP Safety” MMC-nin təsisçisi Hikmət Əsədov dövlət başçısına müəssisənin fəaliyyəti barədə məlumat verib. Bildirilib ki, burada müxtəlif təyinatlı 4 növdə iş əlcəkləri istehsal ediləcək. Müəssisənin illik istehsal gücü 25 milyon cüt əlcəkdir. Məhsullar daxili bazarın tələbatını ödəmək üçün nəzərdə tutulur. Gələcəkdə isə onların Avropa bazarına ixracı da planlaşdırılır. Burada 35 nəfər işlə təmin olunacaq. Müəssisənin investisiya həcmi 3,5 milyon manatdır. Onun yaradılmasına dövlət dəstəyi də göstərilib. Belə ki, İqtisadiyyat Nazirliyinin…

Read More
Region Xəbərləri 

Qəhrəman Qazi Kapitan Qabil Hüseynov Müstəqillik Günü və Doğum Günü Münasibətilə Təbrik Edilib

“Bir Yumruq” Bərdə Qaziləri İctimai Birliyinin sədri Yalçın Məmmədov adından qəhrəman qazimiz, kapitan Qabil Hüseynovu 28 May – Müstəqillik Günü və doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, ona ən xoş arzularımızı çatdırırıq. 28 May Azərbaycan xalqının tarixində şanlı və qürurverici bir gündür. Bu əlamətdar tarix xalqımızın azadlıq, müstəqillik və dövlətçilik iradəsinin rəmzi kimi xüsusi əhəmiyyət daşıyır. Belə müqəddəs bir gündə dünyaya göz açan və Vətən uğrunda şərəflə xidmət göstərən igid oğullarımız xalqımız üçün xüsusi dəyərə malikdir. Kapitan Qabil Hüseynov Vətən müharibəsində göstərdiyi igidlik və şücaətə görə Azərbaycan Respublikasının Prezidenti…

Read More