Gündəm 

Pensiya və əməkhaqqı ilə bağlı vacib açıqlama

Son illər ölkədə artan qiymətlər fonunda pensiyaların real alıcılıq qabiliyyətinin azalması ciddi müzakirə mövzusuna çevrilib. Sosial təminatın maaş artımına, yoxsa inflyasiya səviyyəsinə uyğunlaşdırılmalı olduğu barədə müxtəlif yanaşmalar irəli sürülür. Pensiyaların hansı meyarlara əsasən hesablanmalı olduğu ilə bağlı açıqlama verən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc mövcud indeksləşmə mexanizmlərindən və gözlənilən dəyişikliklərdən danışıb. “İqtisadi güc və inkişaf səviyyəsi birbaşa olaraq maaşların və pensiyaların artımına təsir göstərir. Hazırda Azərbaycanda hər il əvvəlki illə müqayisədə orta aylıq əməkhaqqının məbləği nəzərə alınır və artım faizi indeksləşdirilir. Məhz bu indeks əsasında həm əməkhaqları, həm pensiyalar,…

Read More
Sosial 

Yeni qanunla məzuniyyət ödənişimiz necə hesablanacaq? – RƏSMİ

Yeni qaydalara uyğun olaraq məzuniyyətə gedərkən işçiyə veriləcək əməkhaqqının hesablanma qaydasına aydınlıq gətirilib. Publika.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək siyasəti şöbəsinin müdiri ARAZ FM-ə müsahibəsində Əmək Məcəlləsinin 111-ci maddəsinə edilən dəyişikliyi şərh edib. Onun sözlərinə görə, dəyişiklik ondan ibarətdir ki, əmək məzuniyyətində olarkən işçinin iş yeri vəzifəsi və sonuncu əməkhaqqıdan az olmamaqla orta əməkhaqqının saxlanılmasını nəzərdə tutur. “Burada əsas məsələ “sonuncu əməkhaqqı”ya aydınlıq gətirilməsi ilə bağlıdır. Sonuncu əməkhaqqı dedikdə şəxsin tariflər çıxılmaqla əldə etdiyi maaşdan yox, əmək müqaviləsində müəyyən edilmiş məbləğdən (tarif maaşı, əlavələr və mükafatlar…

Read More
Cəmiyyət 

Jurnalistika təkcə peşə deyil, vicdan və sevgi işidir

Bəzi insanlar həyatın qısa olduğunu, bu fani dünyadan rəhmətdən, təmiz addan başqa heç nə apara bilməyəcəklərini unudurlar. Elə adamlar var ki, bütün enerjilərini başqasının qazancını saymağa, kiminsə irəli getməsinin qarşısını almağa sərf edirlər. Bu qəbildən olanlar kiminsə bir az irəli getdiyini görsələr, nə yolla olursa-olsun onun yolunun üstündə “qaratikan kolu” olmağa hazırdırlar. Halbuki həmin vaxtı öz inkişaflarına, hansısa peşəyə sərf etsəydilər, bu gün özləri də nəyəsə sahib ola, uğur qazana bilərdilər. Mənim jurnalistikaya gəlişim tam təsadüfi olub. Uşaqlıqdan şeir yazırdım, indi də gündəmdə baş verən hadisələri izləyib mövzu işləyə bilirəm,…

Read More
Hava 

Bu gün hava necə olacaq? – PROQNOZ

Bakıda və Abşeron yarımadasında yanvarın 30-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Publika.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-4, gündüz 8-12 dərəcə isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 756 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80-90%, gündüz 60-70 % təşkil edəcək. Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Temperatur gecə 1 dərəcə…

Read More
Cəmiyyət 

Su böhranı… – Hansı çıxış yolları var?

Ekoloqların hesablamalarına görə, bu gün dünyada təxminən 2,2 milyard nəfər insanın təmiz içməli suya çıxışı yoxdur.  Hətta iddia olunur ki, 2045-ci ilədək suya tələbat təxminən 40 faizdən çox artacaqdır ki, bu da su qıtlığı problemini daha da kəskinləşdirə bilər. Hazırda iqlim dəyişikliyi nəticəsində quraqlığın artdığı və 1,4 milyarddan çox insanın bu fəsaddan əziyyət çəkdiyi bildirilir. Məlumdur ki, planetin bir parçası olaraq ölkəmizdə də bu problem mövcuddur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatında deyilir ki, Azərbaycanın su ehtiyatları Cənubi Qafqazın digər ölkələri ilə müqayisədə məhduddur və regiondakı su ehtiyatının yalnız 15…

Read More
Cəmiyyət 

Sağlam gələcək naminə…

Narkotiklərlə mübarizədə polisin rolu Bu gün qlobal miqyasda narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsində artım dinamikası müşahidə edilir. Birləşmiş Millətlər Təşkilatının (BMT) Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin 2030-cu ilə qədər narkotik istifadəçilərinin sayının əlavə 11 faiz artmasına dair proqnozları da dünya miqyasında narkotik istifadəsinin ciddi bir problem olaraq qaldığını göstərir. Ona görə də təhdidlərə münasibətdə həm beynəlxalq, həm də yerli səviyyədə əlaqələndirilmiş mübarizə tədbirlərinin görülməsi zərurətə çevrilir. Beynəlxalq əməkdaşlıqda yeni mərhələ Transmilli mütəşəkkil cinayətkar qrupların müxtəlif ölkələri “narkotik yuvası”na çevirmək və bununla da “qara bazar”ların sayını artırmaqla…

Read More
Cəmiyyət 

Doğma torpaqlara qayıdış davam edir

Zəngilan rayonunun Məmmədbəyli kəndinə 26 ailə-142 nəfər köçürülüb Qəhrəman Azərbaycan Ordusu 2020-ci il oktyabrın 18-də Zəngilan rayonunun azad edilməsi uğrunda əməliyytalara başlayaraq Zəngilan şəhərini, rayonun 4 qəsəbəsini və 49 kəndini işğaldan azad etdi. Azərbaycan Ordusunun Zəngilan rayonunun yaşayış məntəqələrini işğaldan azad etməyə başlaması barədə xəbəri Prezident, Ali Baş Komandan İlham Əliyev xalqımıza müraciətində bəyan etdi. 2020-ci il dekabrın 23-də Prezident İlham Əliyev Zəngilanda Azərbaycan Bayrağını ucaltdı. 2023-cü il iyulun 31-də isə dövlətimizin başçısının imzaladığı Sərəncama əsasən, şəhərin işğaldan azad edildiyi 20 oktyabr tarixi hər il Zəngilan Şəhəri Günü kimi qeyd olunur. Zəngilanın…

Read More
Siyasət 

Leyla Əliyeva və Qretel Agilar İsveçrədə əməkdaşlıq imkanlarını müzakirə ediblər – FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva yanvarın 29-da İsveçrənin Qland şəhərində Beynəlxalq Təbiəti Mühafizə Birliyinin (IUCN) baş direktoru Qretel Agilar ilə görüş keçirib. “İki sahil” xəbər verir ki, görüşdə Azərbaycan və regionda ətraf mühitin mühafizəsi sahəsində mövcud çağırışlar fonunda beynəlxalq əməkdaşlığın rolu, qlobal və regional səviyyədə əlaqələndirilmiş yanaşmaların əhəmiyyəti, habelə bu istiqamətdə dialoqun möhkəmləndirilməsinin perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Bildirilib ki, 2014-cü ildən etibarən IUCN-in tamhüquqlu üzvü olan IDEA İctimai Birliyi təbiətin mühafizəsi və biomüxtəlifliyin qorunması istiqamətində beynəlxalq təşəbbüslərdə fəal iştirak edir və bu…

Read More
Siyasət 

Prezident bu şəxsləri TƏLTİF ETDİ – Siyahı

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşlarına ali xüsusi rütbələr verilib. Musavat.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, DGK-nın aşağıdakı əməkdaşlarına ali xüsusi rütbələr verilib. “gömrük xidməti general-polkovniki” ali xüsusi rütbəsi Şahin Soltan oğlu Bağırov – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri “gömrük xidməti general-mayoru” ali xüsusi rütbəsi Fuad Elxan oğlu Məmmədov – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini Fuad Mikayıl oğlu Aslanov – Rəqəmsal İdarəetmə Baş İdarəsinin rəisi Elmir Bahadur oğlu Ramazanov – Bakı Baş Gömrük İdarəsinin rəisi.

Read More