Hava 

Sabah yaz havası olacaq

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-şərq küləyi günün ikinci yarısında mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Musavat.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Havanın temperaturu gecə 3-6, gündüz 8-11 dərəcə isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % təşkil edəcək. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı…

Read More
Cəmiyyət 

Azərbaycan səhiyyəsində tarixi nailiyyət: İlk ürək transplantasiyası

Ürək transplantasiya əməliyyatının Qafqazda ilk Azərbaycanda icra olunması üçün uzun yol qət edildi. Bu fikirləri bu gün Qafqazda ilk ürək transplantasiyası: Azərbaycan səhiyyəsinin tarixi nailiyyəti və gələcək perspektivlər elmi-praktiki dəyirmi masada çıxışı zamanı Orqan donorluğu və Transplantasiyası üzrə Koorsinasiya Mərkəzinin sədri Yeganə Abbasova deyib. “Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiyası Mərkəzi üçün əvvəlcə hüququ baza yaradıldı. Bu məqsədlə vahid informasiya bazasının əsasnaməsi yaradılıb. Bu bazaya bütün trasnplantasiya edən xəstəxanalar və ilkin donor gözləyən şəxslərin siyahısı daxil edilib”, – sədr əlavə edib. Mərkəz sədri qeyd edib ki, Azərbaycanda ilk meyit orqan…

Read More
Cəmiyyət 

Xankəndidə hazırda nə qədər erməni yaşayır?

Hazırda Azərbaycanın Xankəndi şəhərində iki erməniəsilli şəxs yaşayır. Musavat.com Teleqraf-a istinadla xəbər verir ki, bu barədə “Azatutyun” məlumat yayıb. Həmin şəxslərin Azərbaycanda könüllü olaraq qaldıqları bildirilir. Ermənistanın əmək və sosial məsələlər naziri Arsen Torosyan yanvarın 23-də bəyan edib ki, Xankəndidə yaşayan 10 erməniəsilli şəxs öz istəyi ilə Ermənistana köçüb: “Azərbaycan Respublikasında yaşayan 10 erməni və bir rusəsilli şəxs Azərbaycan və Ermənistanın müvafiq orqanlarına müraciət edərək, Ermənistan Respublikasına köçmək istəyini bildirib. Müraciətlər əsasında həmin şəxslər Ermənistana köçürülüblər”. Arsen Torosyan qeyd edib ki, həmin şəxslər 2023-cü ildə Qarabağda yaşayan ermənilərin könüllü şəkildə Ermənistana…

Read More
Cəmiyyət 

3 şöbə müdiri vəzifəsini itirdi

Qaradağ Rayon İcra Hakimiyyətində (RİH) struktur dəyişikliyi nəticəsində bir neçə şöbə ləğv edilib. Musavat.com iqtisadiyyat.az-a istinadən xəbər verir ki, dəyişiklik nəticəsində bir neçə vəzifəli şəxs işini itirib. Belə ki, Hüquq, İctimai-siyasi və humanitar məsələlər və Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbələri ləğv edilib. Müvafiq olaraq, həmin şöbələrin müdirləri – Kamran Abdullayev, Munis Bayramov və Şikar Həsənalıyev işlərini itiriblər. Yeni yaradılan Hüquq və kadr məsələləri sektoruna isə Firidun Hüseynov müdir təyin olunub. O, indiyədək ləğv olunmuş İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini işləyib. Xatırladaq ki, bir müddət əvvəl paytaxt üzrə rayon…

Read More
Hava 

SON DƏQİQƏ! Əhaliyə sarı xəbərdarlıq edildi

Bəzi bölgələrdə fevralın 1 və 2-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Musavat.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Qobustan, Şirvan, Mingəçevir, Yevlax, Bərdə, Tərtər, Göyçay, Gədəbəy, Daşkəsən, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gəncə, Naftalan, Samux, Goranboy, Balakən, Şəki, Oğuz, İsmayıllı, Qəbələ, Şamaxı, Xızı, Şabran, Xaçmaz, Quba, Qusar, Siyəzən, Füzuli, Zəngilan, Laçın, Kəlbəcər, Cəbrayıl, Lerik, Yardımlıda qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Read More
Siyasət 

Məhərrəm Əliyev MDB-nin iclasında niyə danışmadı?

Qurum hüquqi baxımdan yaşayır, amma siyasi və strateji baxımdan funksionallığını itirir Müstəqil Dövlətlər Birliyinin (MDB) nizamnamə və digər orqanları yanında üzv dövlətlərin Daimi Səlahiyyətli Nümayəndələr Şurasının ilk iclası Minskdə keçirilib. Musavat.com Rusiya mediasına istinadən xəbər verir ki, iclasda MDB-nin Baş katibi Sergey Lebedev iştirak edib. Azərbaycanı tədbirdə Belarusdakı səfirimiz Məhərrəm Əliyev təmsil edib. Görüşün əsas məsələsi Türkmənistanın 2026-cı ildə Müstəqil Dövlətlər Birliyinə sədrliyinə dair konsepsiyanın və onun icrası üzrə tədbirlər planının təqdimatı olub. Konsepsiyanı Daimi nümayəndələr Şurasının sədri, Türkmənistanın Belarusdakı fövqəladə və səlahiyyətli səfiri, Türkmənistanın MDB-nin nizamnamə və digər orqanları yanında…

Read More
Cəmiyyət 

Azərbaycan opera kollektivi dünya səhnəsində

Yanvarın 31-də Oman Sultanlığının Maskat şəhərində yerləşən “Royal Opera House Muscat” səhnəsində Cakomo Puççininin “Toska” operasının premyerası olacaq. Musavat.com xəbər verir ki, tamaşada əsas partiya olan Mario Kavaradossi rolunu Azərbaycanın Xalq artisti Yusif Eyvazov ifa edəcək. Səhnə əsəri izləyicilərə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestri və xorunun müşayiəti ilə təqdim ediləcək. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı kollektivinin dünyanın nüfuzlu opera məkanlarından hesab olunan “Royal Opera House Muscat” səhnəsində çıxışı milli opera sənətinin beynəlxalq səviyyədə təmsili baxımından əhəmiyyətli hadisədir. Qeyd edək ki, bu opera evi Ərəb dünyasında…

Read More
Gündəm 

Bakıda hava bu tarixdə kəskin dəyişir: Qar yağacaq

Yaxın günlərdə Bakıda hava şəraitinin kəskin dəyişəcəyi gözlənilir. Musavat.com xəbər verir ki, 5 fevralda paytaxtda qar yağması, temperaturun isə 0 dərəcəyə qədər enməsi gözlənilir. Məlumata görə, həftənin əvvəlində hava nisbətən mülayim keçsə də, 5-6 fevral tarixlərində soyuq hava kütlələrinin təsiri ilə temperatur tədricən azalacaq. Gecə saatlarında temperatur -1 dərəcəyədək, gündüz isə 0–2 dərəcə civarında olacaq. Havanın rütubətinin yüksək olması və küləyin sürətinin artması yollarda sürüşkənlik riskini yüksəldəcək. Xüsusilə səhər və axşam saatlarında buzlanma ehtimalı var. 7 fevralda qarın yağışla əvəzlənəcəyi, lakin sərin havanın davam edəcəyi bildirilir. Həftəsonuna doğru temperaturun yenidən bir…

Read More