Cəmiyyət 

Mərkəzi Nəbatət Bağında uşağı ilan sancmasını “təxribat” adlandırırlar, amma dezinfeksiya işləri də aparırlar – Reportaj

Mərkəzi Nəbatət Bağında 7 yaşlı uşağı ilan sancması ilə bağlı yayılan xəbər geniş rezonansa səbəb olub. Hər kəs ölkənin 1 nömrəli bağında baş verən olayın necə meydana gəlməsi ilə maraqlanır, ərazidə belə xoşagəlməz halların qarşısının alınması üçün hansı tədbirlərin nəzərdə tutulduğunu sual edir. Musavat.com-un əməkdaşı cəmiyyətdəki narahatlıqları yerindəcə araşdırmaq üçün Mərkəzi Nəbatət Bağına baş çəkərək vəziyyəti yerində araşdırıb. Bağın giriş hissəsində ziyarətçilər üçün nəzərdə tutulan piknik zonasının artıq bir həftədir bağlı olduğu bildirilib. İşçilərin sözlərinə görə, bu ərazi hazırda dezinfeksiya işləri aparıldığı üçün müvəqqəti olaraq ziyarətçilərin istifadəsinə açıq deyil. Piknik ərazisinə…

Read More
Cəmiyyət 

Qarabağa səfər edənlərə ŞAD XƏBƏR

Daxili İşlər Nazirliyi tərəfindən vətəndaşların rahatlığını və dövlət xidmətlərindən istifadədə məmnunluğunu artırmaq məqsədilə E-Polis mobil tətbiqi davamlı olaraq təkmilləşdirilir. Artıq bu yeniliklər sayəsində işğaldan azad olunan bölgələrə səfərlərdə icazə prosesi daha sürətli və rahat təşkil olunur. DİN Mətbuat Xidmətindən Musavat.com-a verilən məlumata görə, mobil tətbiqə yeni əlavə edilən funksiya vasitəsilə Qarabağa getmək üçün icazəni elektron qaydada ala bilərsiniz. Bunun üçün tətbiqə daxil olub ana səhifədəki “Qarabağa icazə” və ya “Xidmətlər” siyahısından “İşğaldan azad olunmuş ərazilərə buraxılış icazəsinin alınması” xanasını seçirsiniz. Açılan pəncərədə “Müraciət et” düyməsini sıxdıqdan sonra bildirişlərin sizə vaxtında çatması üçün…

Read More
Cəmiyyət 

Öskürək, qusma, ishal – Həkim XƏBƏRDARLIQ ETDİ

“Yay mövsümündə dənizlə təmas uşaqlar üçün həm fiziki, həm də psixoloji baxımdan faydalıdır. Dəniz havası, günəş və hərəkət immun sistemini gücləndirə bilər. Amma son illərdə biz həkimlər olaraq müşahidə edirik ki, dənizdən sonra uşaqlarda müxtəlif infeksion əlamətlər – öskürək, qızdırma, qusma, ishal və qarın ağrısı ilə müraciətlər artmaqdadır”. Bu sözləri “Yeni Sabah”a açıqlamasında pediatır, infeksionist Aytən Ziyadova bildirib. Həkim məsələ ilə bağlı bir sıra məqamları diqqətə çatdırıb: “Bu hallar əsasən iki səbəblə bağlı ola bilər: birincisi, çimərlik suyunun və qumun mikrobioloji baxımdan təmiz olmaması; ikincisi isə gigiyena qaydalarına əməl olunmaması.…

Read More
Cəmiyyət 

Şuşalı alimin kitabı Ankarada təqdim olunduFOTO

Avqustun 1-də Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) dəstəyi ilə Ankarada nəşr edilmiş “Şuşa – Qarabağın tacı, Qafqazın sənət məbədi, Türk dünyasının mədəniyyət paytaxtı” adlı kitabın təqdimat mərasimi keçirilmişdir. Ankarada TÜRKSOY-un Baş karibliyində baş tutan tədbirdə dövlət qurumlarının, rəhbər-siyasi çevrələrinin, parlamentarilərin, mədəniyyət, akademik və elmi dairələrin, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər. 2020-ci il noyabrın 8-də Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tarixi, mədəni və strateji əhəmiyyətə malik, Qarabağın tacı olan Şuşa şəhərini işğalçılardan azad etdi. Bu, İkinci Qarabağ müharibəsi ərzində aparılan uğurlu əks-hücum əməliyyatlarının sırasında ən…

Read More
Cəmiyyət 

Yer üzündə yeni fəsillər niyə yaranıb?

Alimlər xəbərdarlıq edir: “Ənənəvi fəsillər tədricən yox ola bilər, nəticədə…” isə… Planetimizdə iqlim dəyişikliyi və ətraf mühitin çirklənməsi səbəbindən yeni fəsillər yaranıb. Bu barədə “Live Science” yazır. Qeyd olunub ki, bu fəsillər insan fəaliyyətinin təsiri altında yaranıb. Məsələn, Cənub-Şərqi Asiyanın bəzi ölkələrində səmanın bir neçə həftə ərzində tüstü ilə örtüldüyü “tüstülü fəsillər” yaranıb. Bu, xüsusilə ilin quraqlıq dövründə kənd təsərrüfatı sahələrini genişləndirmək üçün meşələrin kütləvi şəkildə yandırılması ilə əlaqədardır. Alimlər həmçinin Asiyanın cənubunda noyabrdan mart ayına qədər, su axınlarının sahilə çoxlu plastik gətirdiyi “zibil mövsümü”nü də müəyyən ediblər. Eyni zamanda…

Read More
Cəmiyyət 

Uşaqlara bu adları vermək istəyiblər – Rəzil, Kündə, Şikayət, Türmə…

“Ad­ seç­mə mə­sə­lə­si­nə eti­na­sız ya­naş­maq uşaq­la­rın hə­ya­tı­na mən­fi tə­sir edir”​. Bunu Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova deyib. O qeyd edib ki, adın se­çil­mə­sin­də əsas mə­su­liy­yət ata və ananın üzə­ri­nə dü­şür. Buna görə də ad seç­mə va­li­deyn­lə­rin mə­su­liy­yə­ti­ni da­ha da ar­tı­rır: “Çün­ki va­li­deyn­lər tə­rə­fin­dən düşünülməmiş qo­yu­lan ad­lar, son­ra­dan öv­lad­lar tə­rə­fin­dən də­yiş­di­ril­mə­si­nə sə­bəb olur. Bu­nun mən­fi nə­ti­cə­si uşaq bo­ya-ba­şa ça­tan­dan son­ra da­ha çox diq­qə­ti cəlb edir. Ad­ seç­mə mə­sə­lə­si­nə eti­na­sız ya­naş­maq uşaq­la­rın hə­ya­tı­na mən­fi tə­sir edir. Tə­əs­süf ki, bir sı­ra va­li­deyn­lər müqəddəs və­zi­fə­lə­ri­ni, borclarını unu­da­raq aşa­ğı­da­kı ad­la­rı öv­lad­la­rı­na…

Read More
Cəmiyyət 

Media Reyestrindən keçməyən çap mediasının nəşri qadağan olundu

Çap mediası subyekti Media Reyestrində olmadan fəaliyyət göstərdikdə onun çap mediası məhsulunun özü, yaxud nəşriyyat (naşir) və ya yayıcı tərəfindən nəşri və ya yayımı qadağan edilib. Musavat.com-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Media haqqında” qanuna dəyişiklikdə əksini tapıb. Qeyd edək ki, indiyə qədər qüvvədə olan qanuna əsasən, çap mediası məhsulunun yayımının dayandırılmasına, onun tirajının, yaxud tirajının bir hissəsinin müsadirə edilməsinə yalnız məhkəmə qərarı ilə yol verilib.

Read More
Cəmiyyət 

Reyestri olmadan fəaliyyət göstərən çap mediası CƏRİMƏLƏNƏCƏK

Media Reyestrində olmadan fəaliyyət göstərən çap mediası subyektləri 5000 manatadək cərimələnəcək. Musavat.com-un xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsinə əlavə edilən yeni – 381.15-ci maddədə əksini tapıb. Qanuna əsasən, Media Reyestrində olmadan fəaliyyət göstərən çap mediası subyektinin çap mediası məhsulunun, həmin subyekt, nəşriyyat (naşir) və ya yayıcı tərəfindən nəşri və ya yayımına görə fiziki şəxslər 500 manatdan 1000 manatadək, vəzifəli şəxslər 1500 manatdan 2500 manatadək məbləğdə, hüquqi şəxslər 3000 manatdan 5000 manatadək məbləğədək cərimə ediləcək. Bu Məcəllənin yuxarıdakı maddəsində yayıcı dedikdə nəşriyyatla və ya (naşirlə) müqavilə bağlamaqla…

Read More