Cəmiyyət 

Uşaqlara bu adları vermək istəyiblər – Rəzil, Kündə, Şikayət, Türmə…

“Ad­ seç­mə mə­sə­lə­si­nə eti­na­sız ya­naş­maq uşaq­la­rın hə­ya­tı­na mən­fi tə­sir edir”​. Bunu Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova deyib. O qeyd edib ki, adın se­çil­mə­sin­də əsas mə­su­liy­yət ata və ananın üzə­ri­nə dü­şür. Buna görə də ad seç­mə va­li­deyn­lə­rin mə­su­liy­yə­ti­ni da­ha da ar­tı­rır: “Çün­ki va­li­deyn­lər tə­rə­fin­dən düşünülməmiş qo­yu­lan ad­lar, son­ra­dan öv­lad­lar tə­rə­fin­dən də­yiş­di­ril­mə­si­nə sə­bəb olur. Bu­nun mən­fi nə­ti­cə­si uşaq bo­ya-ba­şa ça­tan­dan son­ra da­ha çox diq­qə­ti cəlb edir. Ad­ seç­mə mə­sə­lə­si­nə eti­na­sız ya­naş­maq uşaq­la­rın hə­ya­tı­na mən­fi tə­sir edir. Tə­əs­süf ki, bir sı­ra va­li­deyn­lər müqəddəs və­zi­fə­lə­ri­ni, borclarını unu­da­raq aşa­ğı­da­kı ad­la­rı öv­lad­la­rı­na…

Read More
Cəmiyyət 

Media Reyestrindən keçməyən çap mediasının nəşri qadağan olundu

Çap mediası subyekti Media Reyestrində olmadan fəaliyyət göstərdikdə onun çap mediası məhsulunun özü, yaxud nəşriyyat (naşir) və ya yayıcı tərəfindən nəşri və ya yayımı qadağan edilib. Musavat.com-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Media haqqında” qanuna dəyişiklikdə əksini tapıb. Qeyd edək ki, indiyə qədər qüvvədə olan qanuna əsasən, çap mediası məhsulunun yayımının dayandırılmasına, onun tirajının, yaxud tirajının bir hissəsinin müsadirə edilməsinə yalnız məhkəmə qərarı ilə yol verilib.

Read More
Cəmiyyət 

Reyestri olmadan fəaliyyət göstərən çap mediası CƏRİMƏLƏNƏCƏK

Media Reyestrində olmadan fəaliyyət göstərən çap mediası subyektləri 5000 manatadək cərimələnəcək. Musavat.com-un xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsinə əlavə edilən yeni – 381.15-ci maddədə əksini tapıb. Qanuna əsasən, Media Reyestrində olmadan fəaliyyət göstərən çap mediası subyektinin çap mediası məhsulunun, həmin subyekt, nəşriyyat (naşir) və ya yayıcı tərəfindən nəşri və ya yayımına görə fiziki şəxslər 500 manatdan 1000 manatadək, vəzifəli şəxslər 1500 manatdan 2500 manatadək məbləğdə, hüquqi şəxslər 3000 manatdan 5000 manatadək məbləğədək cərimə ediləcək. Bu Məcəllənin yuxarıdakı maddəsində yayıcı dedikdə nəşriyyatla və ya (naşirlə) müqavilə bağlamaqla…

Read More
Cəmiyyət 

Arif Babayev Qarabağın qələbə sevincini muğama yazdı – FOTO

“Arif Babayev yeni bir dövrün əsasını qoymuşdu. Öz yaradıcılığı və sənəti ilə XX əsrin ikinci yarısının, eləcə də yaşadığımız dövrün bütün hisslərini, emosiyalarını və tarixi olaylarını əks etdirmişdi. Qarabağ mövzusunu, Azərbaycan xalqının qəhrəmanlıq əzmini, qələbə sevincimizi yeni intonasiyalar, yeni hisslər və yeni ifadələrlə musiqidə canlandırmışdı”. ARANTV.AZ  xəbər verir ki, bunu Azərbaycan Milli Konservatoriyasının rektoru Kamilə Dadaşzadə deyib. O bildirib ki, Arif Babayev böyük bir məktəb yaradıb və bu gün onun ənənələri Azərbaycan Milli Konservatoriyası və tələbələri tərəfindən uğurla davam etdirilir: “Bildiyiniz kimi, “Arif” anlayışı təkcə bir insanın adı deyil. Təsəvvüf…

Read More
Cəmiyyət 

Arif Babayevin oğlu Prezidentə təşəkkür etdi

Xalq artisti, muğam ustadı Arif Babayevin oğlu Yaşar Babayev vida mərasimində çıxış edərək Prezident İlham Əliyevə təşəkkürünü bildirib. ARANTV.AZ  xəbər verir ki, o, atasının həyatdan xoşbəxt köçdüyünü deyib: “Həkimlərimizə, dövlətimizin başçısına təşəkkürümü diqqət və qayğı ilə çatdırıram. Atam həyatdan xoşbəxt köçdü, çünki bütün arzularını – Qarabağı görmək arzusunu reallaşdırdı. Göstərdiyiniz əziyyətə görə çox sağ olun”.

Read More
Cəmiyyət 

Üç rayon xəstəxanasına yeni direktorlar təyin edildi

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə bəzi tibb müəssisələrinə yeni direktorlar və direktor müavinləri təyin olunub. Bu barədə Musavat.com-a TƏBİB-dən məlumat verilib. Bildirilib ki, Goranboy Rayon Mərkəzi Xəstəxanasına Rafayil Mustafayev, Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına Asəf Məmmədov, Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına isə Sayiq Səmədov rəhbərlik edəcək. Goranboy Rayon Mərkəzi Xəstəxanasının direktoru Rafayil Mustafayev yeni təyinatınadək Bərdə Rayon Mərkəzi Xəstəxanasının Ailə Sağlamlıq Mərkəzinin müdiri vəzifəsində fəaliyyət göstərib. Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının direktoru Asəf Məmmədov yeni təyinatınadək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində Mərkəzi Hərbi Həkim Komissiyasının rəisi vəzifəsində çalışıb. Gədəbəy…

Read More
Cəmiyyət 

BQXK-nın Azərbaycan Nümayəndəliyi BU TARİXDƏ fəaliyyətini dayandıracaq

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan Nümayəndəliyi fəaliyyətini sentyabrın əvvəlində dayandıracaq. “Report”un məlumatına görə, bu barədə qurumun Azərbaycan Nümayəndəliyinin ölkədə diplomatik fəaliyyəti başa çatan rəhbəri Draqana Koyiç avqustun 1-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun qəbulunda olarkən bildirib. O, Azərbaycan hökumətinin təşkilatın fəaliyyətinə göstərdiyi dəstəyə və əməkdaşlığa görə məmnunluğunu ifadə edib. Nümayəndəliyin fəaliyyətini cari ilin sentyabr ayının əvvəli dayandırmasından sonra da BQXK ilə Cenevrədə yerləşən baş qərargah vasitəsilə əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətini vurğulayıb.

Read More
Cəmiyyət 

SON DƏQİQƏ: Xalq artisti Arif Babayev dünyasını dəyişdi

Xalq artisti Arif Babayev dünyasını dəyişib. ARANTV.AZ  xəbər verir ki, bu barədə Oxu.az-a onun oğlu Yaşar Babayev məlumat verib. O qeyd edib ki, A.Babayev səhər saat 6-da vəfat edib. Y.Babayev əlavə edib ki, 87 yaşlı Xalq artisti ürək çatışmazlığından dünyasını dəyişib. Qeyd edək ki, Arif Babayev 1938-ci il fevralın 20-də Ağdamın Sarıhacılı kəndində anadan olub.

Read More