Gündəm 

Azərbaycan – İspaniya əlaqələri müzakirə edildi

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İspaniyanın xarici işlər, Avropa İttifaqı və əməkdaşlıq naziri Xose Manuel Albares Bueno ilə Azərbaycan-Avropa İttifaqı (Aİ) münasibətlərini müzakirə edib. Azərbaycan Xarici İşlər Nazirliyindən Musavat.com-a verilən məlumata görə, İspaniyanın XİN başçısı Azərbaycan Prezidentinin ABŞ-yə səfəri zamanı keçirilmiş Zirvə görüşü çərçivəsində Azərbaycan-Ermənistan normallaşma prosesində nailiyyətlər münasibətilə təbriklərini çatdırıb. Telefon danışığı zamanı, eyni zamanda, Azərbaycan-İspaniya və Azərbaycan-Avropa İttifaqı əlaqələrinin cari vəziyyəti və perspektivləri müzakirə olunub. İqtisadi-ticarət, energetika, turizm, humanitar və təhsil sahələrində əməkdaşlığın əhəmiyyəti vurğulanıb. İspaniyanın Baş nazirinin COP29 çərçivəsində Azərbaycana səfəri məmnunluqla xatırlanıb. 2024-cü ildə Xarici İşlər nazirlikləri…

Read More
Gündəm 

Laçındakı quruculuq işləri böyük sürətlə davam edir

2020-ci il sentyabrın 27-də mənfur düşmənə qarşı Vətən müharibəsinə başlayan Azərbaycanın müzəffər Ordusu, qəhrəman övladları Ali Baş Komandan İlham Əliyevin əmrini rəşadətlə yerinə yetirərək 44 gün sonra hər bir azərbaycanlıya canı qədər doğma olan Qarabağımızı işğaldan azad etdilər. Həmin il dekabrın 1-də Laçın rayonu işğaldan azad edildi, lakin bağlanan üçtərəfli müqavilənin şərtlərinə əsasən müvəqqəti olaraq Laçın şəhəri və Zabux və Sus kəndləri bizim nəzarətimizdə deyildi. Nəhayət ki, 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri ordumuz tərəfindən nəzarətə götürüldü və həmin gündən etibarən burada geniş tikinti-quruculuq işlərinə…

Read More
Gündəm 

Çin Azərbaycanın xarici ticarət dövriyyəsində 4-cü, idxalda isə 1-ci yerdə qərarlaşıb

18,5 trilyon dollarlıq ÜDM-lə dünyanın ikinci ən güclü iqtisadiyyatına malik ölkə ilə əməkdaşlığımız yeni iqtisadi dividendlər deməkdir Dünyanın fövqəlgüc dövlətlərindən biri olan Çin Xalq Respublikası bu gün 18,5 trilyon dollarlıq ümumi daxili məhsulla (ÜDM) ABŞ-dən sonra dünyanın ikinci ən güclü iqtisadiyyatına sahibdir. Düzdür, elə mənbəyini Çindən götürən  COVID-19 pandemiyası zamanı bu ölkənin iqtisadiyyatında ciddi geriləmələr olsa da postpandemiya dövründə iqtisadi inkişaf yenidən bərpa edildi. Xüsusilə 2025-ci ilin birinci rübündə iqtisadi böyümə əvvəlki illə müqayisədə gözləntini üstələyərək 5,4 faiz təşkil etdi. Burada önəmli bir məsələyə diqqət yetirmək lazımdır ki, son iki…

Read More
Gündəm 

İrəvan məscidləri – unudulmayan miras

Azərbaycanın qədim şəhərlərindən biri olan İrəvan əsrlər boyu yalnız qala və sarayları ilə deyil, həm də çoxsaylı məscidləri ilə tanınıb Ermənistanda səfərdə olan İran Prezidenti Məsud Pezeşkian İrəvan şəhərində yerləşən qədim Azərbaycan tarixi-memarlıq abidəsi – “Göy” məscidi ziyarət edib. Prezident burada ibadət edib, namaz qılıb və bu müqəddəs məkanda dini mərasimdə iştirak edib. Məsud Pezeşkianın bu ziyarəti “Göy” məscidlə bağlı məsələni yenidən gündəmə gətirib. Xatırladaq ki, İrəvanda mövcud olan yeganə məscid – “Göy” məscid uzun illərdir ki, Ermənistan tərəfindən İran mədəniyyətinə aid edilərək dünyaya “fars məscidi” kimi təqdim olunur. Halbuki…

Read More
Gündəm 

Ölkədə rüşvətxorluğa qarşı yeni mübarizə

Ekspert deyir ki, Azərbaycanın bu standartı dünyada tanınmır; “İAF-a üzvlük vacibdir” Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) “Rüşvətxorluğa qarşı idarəetmə sistemləri. Tələblər və istifadəyə dair rəhbəredici göstərişlər” dövlət standartının dövri yoxlamasını aparıb. İnstitut xəbər verir ki, “Rüşvətxorluğa qarşı idarəetmə sistemləri. Tələblər və istifadəyə dair rəhbəredici göstərişlər” dövlət standartı qəbul edilib. Bu standart rüşvətxorluq risklərinin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və idarə olunması üçün vahid metodologiya təqdim edir, şəffaflığın təmin edilməsi və etik davranışların təşviqinə şərait yaradır. Sözügedən yeni dövlət standartı “Uyğunluğun qiymətləndirilməsi” standartlaşdırma üzrə…

Read More
Gündəm 

Bəşəri dəyərlərə söykənən dəstək

Azərbaycan dəfələrlə açıq şəkildə Ukraynanın dövlət suverenliyinə və ərazi bütövlüyünə dəstək ifadə edib. Hətta Prezident İlham Əliyev iyulun 19-da Xankəndidə keçirilən III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə Ukraynaya belə bir tövsiyə də vermişdi: heç vaxt işğalla barışmamaq.  Bununla da dövlətimizin başçısı Azərbaycanın tarixi dostluğa sadiq qaldığını, həmçinin həyata keçirdiyi siyasətində bəşəri dəyərlərə söykəndiyini bir daha bəyan edib. Rəsmi Bakının Ukraynanın suverenliyi və ərazi bütövlüyünün dəstəklənməsi ilə bağlı mövqeyi bu gün də dəyişməz olaraq qalır. Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan torpaqları işğal altında olanda Ukrayna bizim ərazi bütövlüyümüzü…

Read More
Gündəm 

Rusiyanın Azərbaycan xalqına qarşı şovinist və irqçi siyasəti

Bu, artıq fərdlərin yox, bütöv bir sistemin həyata keçirdiyi çirkin planın təzahürüdür Azərbaycan xalqı tarix boyu rus imperiyasından və sovet sistemlərindən əziyyət çəkib. 1920-1930-cu illərdə SSRİ repressiyaları zamanı Azərbaycan xalqının tanınmış ziyalıları, alimləri, xalq şairləri güllələnərək, sürgün edilərək fiziki və mənəvi olaraq məhv edilib. Bu, sadəcə, bir elitanın yox edilməsi deyildi – bu, xalqın yaddaşına, irsinə, düşüncəsinə qarşı yönəlmiş ideoloji soyqırımı idi. 1988-ci ildə Azərbaycan xalqı ayağa qalxıb “xalqlar həbsxanasından”- SSRİ-dən ayrılmaq istəyini dilə gətirəndə rəsmi Kreml erməni separatizmini alovlandırdı, Ermənistanı Azərbaycan torpaqlarını işğal etməyə həvəsləndirdi, özü də işğalçı ölkənin…

Read More
Gündəm 

Azərbaycan Şərqlə Qərb arasında tranzit ölkə və etibarlı tərəfdaşdır

Mərkəzi Asiya, Cənubi Qafqaz və Avropa arasında ümumi inkişaf naminə əməkdaşlıq hazırkı dövrün əsas çağırışlarındandır Daşkənd şəhərində keçirilən «Özbəkistan, Azərbaycan və Avropa: ümumi inkişaf naminə əməkdaşlıq» mövzusunda yüksəksəviyyəli beynəlxalq konfrans Azərbaycanın xarici siyasət uğurlarının, beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi möhkəmlənən mövqeyinin, eyni zamanda, Mərkəzi Asiya ölkələri ilə əlaqələrinin yüksələn xətlə inkişafının təqdimatı oldu. Avqustun 20-dək davam edəcək tədbir Özbəkistan Respublikasının Prezidenti yanında Strateji və Regionlararası Araşdırmalar İnstitutu, Özbəkistan Respublikasının Prezidenti yanında Strateji İslahatlar Agentliyi və Özbəkistan Respublikası Xarici İşlər Nazirliyinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunub.…

Read More
Gündəm 

Azərbaycan turizmində yeni üfüqlər

Beynəlxalq tanıtım strategiyaları ölkəmizin turizm potensialını və turist axınını artırır Azərbaycan zəngin tarixi irsi, təbii gözəllikləri və geniş turizm imkanları ilə beynəlxalq səviyyədə diqqət çəkir. Ölkəmizin turizm sektorunun inkişafı yalnız yay mövsümü ilə məhdudlaşmır, eyni zamanda ekoturizm və aqroturizmin təşviqi, qeyri-mövsüm turizminin stimullaşdırılması ilə də dəstəklənir. Bu tədbirlər Azərbaycanın turizm potensialının daha geniş auditoriyaya çatdırılmasına və ölkəyə gələn turistlərin sayının artırılmasına xidmət edir. Bu kontekstdə ortaya çıxan əsas sual  isə belədir: “Dövlət Turizm Agentliyinin beynəlxalq bazarlarda aparılan tanıtım strategiyaları, ekoturizm və aqroturizmin inkişafına yönələn təşəbbüslər, eləcə də qeyri-mövsüm turizminin təşviqi…

Read More
Gündəm 

Fransa Azərbaycana yeni səfir təyin edib

Fransa Azərbaycana yeni səfir təyin edib. APA xəbər verir ki, bu barədə Fransa Səfirliyi sosial mediada paylaşım edib. Məlumata görə, Sofi Laqut Fransanın Azərbaycandakı yeni səfiri təyin edilib. Yeni səfir Sofi Laqut özü də bununla bağlı sosial media hesabında paylaşım edib. “Fransaya, maraqlarımıza və həmvətənlərimizə Azərbaycanda səfir kimi xidmət edəcək olmağım mənim üçün böyük şərəfdir. Bu vəzifəni Ann Buayonın yolunu davam etdirərək icra edəcəyəm. Fransanın Azərbaycandakı səfirliyinin komandası ilə birlikdə ölkəmiz və Avropa İttifaqı üçün strateji əhəmiyyət daşıyan bu regionda Fransa-Azərbaycan əlaqələrini daha da inkişaf etdirməyi səbirsizliklə gözləyirəm”, – diplomat…

Read More