Çin Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşına çevrilib.
Prezident İlham Əliyevin 21 aprel 2025-ci il tarixində Çin Xalq Respublikasının nüfuzlu Sinxua agentliyinə verdiyi geniş müsahibə bir daha göstərdi ki, Azərbaycan-Çin münasibətləri yüksək dinamika ilə inkişaf edir və artıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Müsahibə zamanı ölkə başçımız iki ölkə arasında siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə geniş və çoxşaxəli əməkdaşlığı ətraflı şəkildə şərh edib. Xüsusilə 2023-cü ilin oktyabrında Pekində keçirilmiş “Kəmər və Yol” Beynəlxalq Forumunda Azərbaycan Prezidenti ilə Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında baş tutmuş görüşün nəticələri ölkələrimiz arasında əlaqələrin gələcək inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.…
Read More