YAP Bərdə rayon təşkilatının yaradılmasının 32-ci ildönümü Bərdədə böyük təntənə ilə qeyd edildi.
Konfransdan əvvəl tədbir iştirakçıları xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə tər gül-çiçək dəstələri düzərək onun əziz xatirəsini ehtiramla yad ediblər. Konfransda xalqımızın ümummilli lideri Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü və dövlətimizin suverenliyi uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Konfransda YAP Bərdə rayon təşkilatının sədri Faqət xanım Şadlinskaya geniş məruzəilə YAP Bərdə rayon təşkilatının çoxminli üzvlərini bayram münasibətilə təbrik edib, Ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyasından, onun rəhbərliyi altında Yeni Azərbaycan Partiyasının ətrafında xalqın birliyindən danışıb,…
Read More