Region Xəbərləri 

Regionda sülh və təhlükəsizliyin qarantıdir Azərbaycan -Turkiyə!

YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya: Bu gün Türkiyə-Azərbaycan münasibətlərinin inkişafı üçün yeni imkanlar yaranıb. Hər zaman bir yerdə olan Azərbaycanla Türkiyə qardaş ölkə olaraq bir-birilərinin sevincini və kədərini bölüşürlər. Dünya 44 günlük İkinci Qarabağ müharibəsində, eyni zamanda, postmünaqişə dövrünün reallıqlarının qəbulunda və uğurla həyata keçirilməsində Türkiyənin Azərbaycana dəstəyinin şahidi olur. Bu reallıq beynəlxalq səviyyədə etiraf edilir ki, dünyada Azərbaycan və Türkiyə qədər biri-birinə yaxın ölkələr yoxdur. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Türkiyə və Azərbaycan xarici siyasət sahəsində bundan sonra da vahid mövqedən çıxış edəcək. Bizim xarici siyasətlə…

Read More
Region Xəbərləri 

Azərbaycanın gələcək inkişafı üçün möhkəm bazanın yaradılması Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.

YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya: Azərbaycan 1991-ci ildə müstəqilliyini yenidən bərpa etdi. 1991-1993-cü illərdə hadisələri düzgün qiymətləndirə bilməyən həmin dövrün iqtidarı xalq qarşısında gündən-günə nüfuzunu itirir, baş vermiş proseslərdən düzgün nəticə çıxara bilmirdi. Belə bir vəziyyətdən çıxış yolunu axtaran Azərbaycan xalqı xilasını yalnız Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışında görürdü. Dövlətçilik anlayışından bixəbər olan və hərbi birləşmələri əslində öz məqsədləri üçün istifadə edən ayrı-ayrı şəxslərin hədələrindən qorxub gizlənmiş və bu təhlükəli proseslərin qarşısını ala bilmədiyini dərk edən AXC-Müsavat iqtidarının özü də xilas üçün sonda Ümummilli Lider Heydər Əliyevdən…

Read More
Region Xəbərləri 

YAP Bərdə rayon təşkilatı rayon UGİŞM-lə birlikdə Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr edilmiş xatirə turniri keçirmişdir.

“Heydər Əliyev ili” çərçivəsində YAP Bərdə rayon təşkilatı rayon UGİŞM-lə birlikdə açıq havada Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş məktəblilər arasında şahmat üzrə xatirə turniri keçirmişdir. Turnir başlamamışdan öncə xalqımızın ümummilli lideri Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü, suverenliyi və azadlığı uğrunda həlak olan bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Xatirə turniri Azərbaycan Respublikası Dövlət Himninin səslənməsi ilə başlanmışdır. Turniri giriş sözü ilə açan YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya çıxışında Ulu öndər Heydər Əliyevin dövlətimizin qurulması, möhkəmləndirilməsi yolunda tarixi xidmətlərindən, onun layiqli…

Read More
Region Xəbərləri 

Əsl Azərbaycan qızı, millətin həqiqi səsi olmağı bacaran Qənirə Paşayeva vəfat edib…

Fəqət Şadlinskaya YAP Bərdə rayon təşkilatının sədri Yaxından tanıyan, tanımayan hər kəs böyük kədər içindədir və onunla ürək sözləri ilə vidalaşmağı özünə vətəndaşlıq borcu bilir. Böyük türkçülük aşiqi Qənirə Paşayeva VƏTƏN yolunda çalışaraq özünü şəhid edən əsl Vətən fədaisi idi!!! Bəlkə də xalqımızın şəhidləri Anım günlərində həyata Əlvida deməsi də onun əbədi unudulmaz olacağının əsl nişanəsidir!!! Dərindən dərin sevgisi ilə, tükənməz sandığı enerjisi ilə vaxtı dəyərləndirib xalq, Vətən üçün çalışmasının, yorulmazlığının, millətə, xalqa sevgisinin həddi -hüdudu yox idi Qənirə xanımın. Vətən, Millət və xalq üçün özünü böyük alqışa layiq ŞƏHİD…

Read More
Region Xəbərləri 

Bu gün Vətən müharibəsi Qəhrəmanı şəhid Turqud Zeynalovun anım günüdür.

Allahdan şəhidimizə rəhmət diləyirik. Turqut Fikrət oğlu Zeynalov 1996-cı il avqustun 20-də Bərdə şəhərində anadan olub. 2002-2011-ci illərdə Bərdə şəhərində F. Muradov adına 7 nömrəli tam orta məktəbdə təhsil alıb. 2011-2015-ci illərdə isə Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecində təhsil alıb “Nəqliyyat vasitələrinin texniki istismarı” ixtisası üzrə əyani şöbəni bitirib. Oxuduğu müddətdə tələbələrin və kollektivin hər birinin sevimli yoldaşı,qardaşı və övladı kimi sevilmişdi.Şəhidimizin xatirəsinə kollecin həyətində bulaq inşa olunmuşdur.Tədris binasının foyesində şəhid Turqud Zeynalovun və kollecin digər şəhid məzun və tələbələrinin xatirəsi şərəfinə lövhə asılmışdir.Hal-hazırda həmin şəhidlərin dərs keçdikləri auditoriyalara…

Read More
Region Xəbərləri 

Qardaş ölkə Prezidentlərinin Naxçıvan səfəri

1990-cı illərdə SSRİ-nin dağılmasından sonra Cənubi Qafqazda Ermənistan Azərbaycana qarşı ərazi iddiaları ilə işğalçılıq siyasəti həyata keçirdi. Bu siyasət bütövlükdə regionda işğalçılıq və terrorçuluq əməllərinin geniş fürsət almasına yol açdı. Öz tarixi torpaqları işğal olunan, əhalisi qaçqın və məcburi köçkün həyatı yaşamağa məhkum olunan Azərbaycan üçün daha da çətin günlər başladı. O cümlədən Azərbaycanın qədim diyarlarından olan Naxçıvan 1920-ci ildə sovet hakimiyyəti tərəfindən Qərbi Zəngəzur Azərbaycandan ayrılmısından dolayı Azərbaycanla coğrafi bağlantının kəsilməsi azmış kimi indidə blokadaya düşmüşdü. Ermənistan işğalçılıq siyasətini həyata keçirilməsi planına uyğun olaraq Naxçıvanda da şiddətli döyüşlər gedirdi…

Read More
Region Xəbərləri Təhsil 

27 Sentyabr- Anım Günüdür adlı tədbir keçirildi+Fotolar

Tədbirdə məktəbin direktoru Tofiqə Məmmədova, müavin Baxşeyiş Məmmədli çıxış edərək Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin siyasi iradəsindən,ordumuzun igid oğullarının qəhrəmanlıqlarından danışdılar. Tədbirdə Azərbaycanın Milli Qəhrəmanı Elgiz Kərimovun qardaşı Ramiz Kərimov və 44 günlük Vətən müharibəsinin igid oğlu Xudayar Yusifzadənin anası Radə xanım Qurbanova iştirak etdilər. Tədbirdə Vətən müharibəsi haqqında video nümayiş etdirildi. Tədbir iştirakçıları şagirdlərin ifasında kompozisiyaya baxdılar.Sonra tədbir iştirakçılarının bir qrupu Şəhidlər xiyabanını ziyarət etdilər. 27 sentyabr Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və…

Read More
Region Xəbərləri 

Bərdə RMX kollektivi 27 sentyabr Anım Günü ilə əlaqədar olaraq Şəhidlər Xiyabanında keçirilən anım mərasimində iştirak etmişdir+Fotolar

Bərdə Rayon Mərkəzi Xəstəxanasının kollektivi 27 sentyabr Anım Günü ilə əlaqədar olaraq Şəhidlər Xiyabanında keçirilən anım mərasimində iştirak etmişdir. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, məzarları önündə gül dəstələri qoyuldu. Direktor Vüsal Məmmədov şəhid ailələri ilə tək-tək görüşərək ehtiramını bildirmişdir. Vətən müharibəsinin başladığı gün – 27 sentyabr – müzəffər Ali Baş Komandan İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli sərəncamına əsasən, Anım Günü kimi qeyd edilir. Anım Günündə Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları Vətənimiz uğrunda canlarından keçən şəhidlərimizin xatirəsini dərin ehtiramla anır və onların xatirəsini əziz tuturlar.

Read More