Təhsil Nazirliyi: “Orta məktəblərdə ayrıca dini fənnin keçirilməsi gündəmdə deyil”
Gələn tədris ilindən Azərbaycanda 4-8-ci sinif şagirdlərinin dini biliklərin daha geniş şəkildə yer aldığı yeni “Həyat bilgisi” dərsliklərindən istfadə etməsi nəzərdə tutulur. ARANTV.AZ xəbər verir ki, bunu Trend-ə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib. Onun sözlərinə görə, 4-8-ci sinif şagirdləri üçün yalnız “Həyat bilgisi”nin deyil, digər fənlər üzrə də dərsliklərin təkmilləşdirilmiş nəşri hazırlanır….
