Çərşənbə axşamı, 30 İyn, 2026

Ramil Quliyev qitələrarası dünya çempionatında iştirak edəcək

Bu gün azərbaycanlı atlet Ramil Quliyev Çexiyanın Ostrava şəhərində keçiriləcək qitələrarası dünya çempionatında iştirak edəcək. ARANTV.AZ  Report-a istinadən xəbər verir ki, 200 metr məsafəyə qaçışda Türkiyə millisinin heyətində dünya və Avropa çempionu olan 28 yaşlı idmançı Avropa qitəsinin heyətində yer alacaq. Qeyd edək ki, Beynəlxalq Yüngül Atletika Federasiyaları Assosiasiyasının (IAAF) təşkil etdiyi yarışda qitələr mübarizə […]

Firdovsi Umudov: Toğrul Əsgərovun yığmada iştirakı real görünmür

Bu gün Olimpiya Güləş Mərkəzində sərbəst güləş yığmamızın və Bakıda hazırlıq keçən Türkiyə millisinin açıq məşqi baş tutub. ARANTV.AZ xəbər verir ki, komandamızın baş məşqçisi, Azərbaycan Güləş Federasiyasının (AGF) vitse-prezidenti Firdovsi Umudov toplanışın gedişi və qarşıdakı yarışlarla bağlı jurnalistlərin suallarını cavablandırıb: – İlin əvvəlində Qazaxıstan yığması ilə birgə toplanış keçdik. Daha sonra Türkmənistan millisi ilə birgə hazırlığımız baş […]

Beynəlxalq Cüdo Federasiyası Azərbaycandan reportaj hazırladı – VİDEO

Beynəlxalq Cüdo Federasiyası (IJF) Bakıda keçiriləcək dünya çempionatı ilə bağlı təqdimat xarakterli reportaj hazırlayıb. ARANTV.AZ xəbər verir ki, çəkilişlər Azərbaycanın müxtəlif bölgələrində, xüsusən də Bakı və Sumqayıtda aparılıb. Reportajda Yay Olimpiya Oyunlarının qalibləri – Nazim Hüseynovla Elnur Məmmədlinin, ikiqat paralimpiya çempionu İlham Zəkiyevin və yeniyetmələr arasında Avropa çempionu Şahanə Hacıyevanın fikirlərinə yer verilib. 1992-ci il Barselona olimpiadasında I yeri tutmaqla, […]

Lukaşenko: Bizdə Azərbaycandakı qədər pul yoxdur

Belarus prezidenti Aleksandr Lukaşenko bu gün baş nazir Sergey Rumasla Minskdə keçiriləcək II Avropa Oyunlarına hazırlıq məsələsini müzakirə edib. ARANTV.AZ oxu.az-a istinadən xəbər verir ki, onun sözlərinə görə, sentyabrın 4-də Avropa Olimpiya Komitəsinin prezidenti Yanez Koçiyançiçlə görüşüb və turnirin problemlərini müzakirə edib. “Azərbaycan bu çempionata çoxlu maliyyə ayırdı. Biz böyük xərclərdən qaçmalıyıq (Bizdə bu qədər pul yoxdur)”, – prezident bildirib. […]

Azad Rəhimov: Ermənilərlə bağlı yaranan situasiya tam başadüşülən deyil

Avropa Cüdo Birliyinin prezidenti, Beynəlxalq Cüdo Federasiyasının, eləcə də Rusiya Cüdo Federasiyasının vitse-prezidenti Sergey Soloveyçik Ermənistan cüdoçularının Azərbaycana gəlməkdən imtina etməsinə münasibət bildirib. ARANTV.AZ xəbər verir ki, rusiyalı mütəxəssis Ermənistanın bu addımını düzgün saymadığını bildirib: “Əgər Ermənistan millisi Azərbaycana getməyəcəksə, bu bizim hamımız üçün geriyə addım olacaq. Cüdo birləşmək üçün meydandır. Biz həmişə mübarizə aparmışıq və aparacağıq ki, […]

Azərbaycanlı futbolçu: Toyadək gəlinə toxunmaq olmaz

Rusiya Premyer Liqasında mübarizə aparan “Rostov”un futbolçusu Ayaz Quliyev klubun rəsmi saytında azarkeşlər arasında aparılan səsverməyə görə 4,36 balla avqust ayının ən yaxşı oyunçusu seçilib. ARANTV.AZ xəbər verir ki, atası azərbaycanlı olan Ayaz Quliyev bu münasibətlə Rostov klubunun rəsmi saytına müsahibə verib: – Moskvada doğulmusan, ancaq cənub mənşəlisən. Bu haqda danışmağını istərdik… – Köklərim Azərbaycanın Lənkəran şəhərindən, o […]

Yaponiyalı dünya çempionu: Bakıda ikinci titulumu qazanmaq istəyirəm

Çempion titulunu qoruyan idmançı kimi, Budapeştdəki çıxışımı təkrarlamaq və ardıcıl ikinci titulumu qazanmaq istəyirəm. ARANTV.AZ xəbər verir ki, bunu Beynəlxalq Cüdo Federasiyasının (IJF) saytına müsahibəsində Yaponiya yığmasının üzvü Soiti Hashimotosentyabrın 20-də Bakıda start götürəcək dünya çempionatındakı hədəfi barədə danışarkən deyib. Ötən il Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş dünya çempionatında qızıl medal qazanan 27 yaşlı cüdoçu bildirib ki, bu […]

Qurban Qurbanov Avropa məşqçiləri arasında hamıdan öndə

Futbol üzrə Avropa Liqasında çıxış edəcək klubların baş məşqçiləri ilə bağlı maraqlı statistika açıqlanıb. ARANTV.AZ  xəbər verir ki, söhbət çalışdırdığı komandaya ən sadiq məşqçilərdən gedir. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov sözügedən siyahıda hamıdan öndə qərarlaşıb. Belə ki, o, Avroliqa iştirakçılarının baş məşqçiləri arasında hazırkı vəzifəsində ən uzun müddət qalan mütəxəssisdir. Qurbanov “Qarabağ”ı 2008-ci ildən çalışdırır. 2013-cü ildən Danimarkanın […]

Qurban Qurbanovun millisi üçün Danimarkadan futbolçu çağırıldı

Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı ilk rəqibi olan Kosovo yığmasının heyətində dəyişiklik olub. ARANTV.AZ  xəbər verir ki, Xorvatiyanın “Xayduk” klubunun müdafiəçisi Ardian İsmayli Kosovonun 21 yaşadək millisinin heyətinə cəlb olunub. Onun yerinə isə Danimarkanın “Bröndbü” klubunda çıxış edən, Almaniya doğumlu, “Ştutqart”ın sabiq hücumameyilli yarımmüdafiəçisi Besar Halimi kollektivə qoşulub. Qeyd edək ki, avqustun 7-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan-Kosovo matçı saat […]

Rövnəq Abdullayev millinin üzvləri ilə görüşüb

Bu gün Milli Komandaların Məşq Mərkəzində AFFA-nın prezidenti Rövnəq Abdullayev görüş keçirib. ARANTV.AZ  xəbər verir ki, o, əvvəlcə milli komandanın baş məşqçisi Qurban Qurbanovla, ardınca isə millinin tam heyəti ilə görüşüb. AFFA prezidenti millimizə UEFA Millətlər Liqasında keçirəcəyi oyunlarda uğurlar arzulayıb. Millinin baş məşqçisi Qurban Qurbanov isə çıxış edərək AFFA rəhbərliyinə təşəkkürünü bildirib. Qeyd edək ki, millimiz Millətlər Liqasındakı […]