Ögey ana tərəfindən döyülən uşaqlar DANIŞDI: “Qardaşımı ördək hinindən asırdı…”/ VİDEO
Bakıda yaşayan Qulu və Hüseyn adlı qardaşların ata və ögey anaları tərəfindən işgəncələrə məruz qalmasını bu dəfə uşaqlar özləri etiraf ediblər.
ARANTV.AZ bildirir ki, sosial şəbəkələrdə yayılan videolarda bu dəfə uşaqlar özləri ögey anaları tərəfindən verilən işgəncələrdən danışıblar. Belə ki, uşaqlar ögey anaları Nuranə tərəfindən ac olarkən agızlarına acı istiot töküldüyünü deyiblər. Bundan əlavə uşaqlar evdə tək olan zaman ögey ananın onları ördək hinindən asdığını da açıqlayıblar. Uşaqlar ögey ananın bu hərəkətləri namaz qılmağa maneə yaratdığı, onların dəcəlliyinin qarşısını almaq üçün etdiyini də bildiriblər.
Qeyd edək ki, ötən günlərdə Qulu və Hüseyn adlı qardaşların ata və ögey anaları tərəfindən ağır işgəncələrə məruz qalması ilə bağlı məlumatlar və bu işgəncələri özündə əks etdirən fotolar yayılıb. Körpə ikən doğma anaları vəfat edən azyaşlı qardaşlar sonradan başqa bir qadınla evlənən atasının himayəsində qalıblar. Bundan sonra uşaqlar ögey anaları tərəfindən dəfələrlə döyülüb.Sonxeber.az

