Cəmiyyət 

Bakıda avtobus dayanacağını bu hala saldılar-FOTO FAKT

Bakıda təmir işləri aparan şəxslər tikinti materillarını avtobus dayanacağında saxlayırlar.
ARANTV.AZ xəbər verir ki, Bakı şəhəri, 9-cu mikrorayon, Mir Cəlal küçəsində təmir işləri getdiyindən, ərazidə həmin işlərə cavabdeh olan şəxslər tikinti materallarını saxlamaq üçün avtobus dayanacağından istifadə edirlər.
Şikayətçilər həmin materialların dayanacağa tökülməsininin əleyhinə çıxış edərək, narazılıqlarını bildiriblər. Onlar qeyd edib ki, həmin tikinti materiallarını saxlamaq üçün ətrafda yer olan halda dayanacaqdan istifadə edilməsi düzgün deyil. Bildirilir ki, həm də dayanacaq bu cür zəbt olduğuna görə avtobus gözləyən sərnişinlər yolun ortasında dayanaraq həyatlarını təhlükəyə atırlar.Sonxeber.az

Bakıda avtobus dayanacağını bu hala saldılar-FOTO FAKT

Daha çox xəbərlər