Hadisə 

Bakıda evdən 72 yaşlı kişi meyiti tapılıb

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

ARANTV.AZ  xəbər verir ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1948-ci il təvəllüdlü Mamedov İsmət Mamed oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.Sonxeber.az

Daha çox xəbərlər