Siyasət 

Bələdiyyə seçkiləri ilə bağlı MSK-ya 52 müraciət daxil olub

Bələdiyyə seçkiləri ilə bağlı səsvermə günü də daxil olmaqla bu günə qədər MSK-ya ümumilikdə 52 müraciət daxil olub.

ARANTV.AZ  Trend-ə istinadən bildirir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, bu bələdiyyələrin ümumi sayının 1 faizini əhatə edir.

Qeyd edək ki, Azərbaycanda bələdiyyə seçkiləri 2019-cu ilin dekabrın 23-də keçirilib.

Daha çox xəbərlər