Cəmiyyət 

Rusiyalı qadın azərbaycanlılara görə qanunu pozdu

Rusiyanın Pskov vilayətində Rusiya vətəndaşı azərbaycanlıları qanunsuz qeydiyyata salıb.

Bu barədə İnformpskov.ru Rusiya Daxili İşlər Nazirliyinin vilayət üzrə Baş İdarəsinə istinadən xəbər yayıb.

Bildirilir ki, 43 yaşlı yerli sakin üç Azərbaycan vətəndaşını qanunsuz olaraq öz yaşadığı evdə qeydiyyata alıb.

Heç bir yerdə işləməyən həmin qadın əməlini etiraf edib.

Faktla bağlı araşdırma başladılıb.

Daha çox xəbərlər