“Avtolüks Azərbaycan” tam yeni “Land Rover Discovery Sport 2020” modelini təqdim etdi – VİDEO
“Jaguar” və “Land Rover” markalarının Azərbaycanda rəsmi nümayəndəsi “Avtolüks Azərbaycan” diler mərkəzinin fəaliyyətə başlamasının bir illiyi astanasında “Land Rover” model cərgəsində kompakt və universal lüks SUV kimi mövqeləşən tam yeni “Land Rover Discovery Sport 2020” modelini təqdim edib. Təqdimat “Buta Palace”da Azeri Business Award 2019 Milli mükafatlarının təqdimat mərasimində baş tutub.
Mərasimdə “Land Rover” model cərgəsinə aid başqa bir avtomobil “Range Rover Velar” isə ekspertlərin yekdil rəyinə əsasən, “İlin Lüks Avtomobili” nominasiyası üzrə qalib elan edilib.
Rəsmi dilerin təmsilçisi təqdimat mərasimində “Jaguar” və “Land Rover” avtomobillərinə sahib olmaq istəyənlərə maraqlı olacaq daha bir məlumat açıqlayaraq bildirib ki, “Avtolüks Azərbaycan” Jaguar və Land “Rover” Rəsmi Satış və Servis Mərkəzinin Azərbaycanda fəaliyyətə başlamasının bir illiyi münasibətilə bütün “Jaguar” və “Land Rover” modelləri üçün yeni və çox sərfəli qiymətlərlə satış kampaniyasına start verir.
İndi avtomobilsevərlər “Land Rover” modellərini 45.800 USD-dan, “Jaguar” modellərini isə 41.600 USD-dan başlayan qiymətlərlə əldə edə bilərlər. Avtomobillərə həmçinin 20% ilkin ödəniş, illik 12% olmaqla, dörd ilədək kreditlə də sahib olmaq mümkündür.
Xatırladaq ki, 2012-ci ildən fəaliyyətə başlayan və ölkəmizdə “Ferrari”, “Aston Martin”, “Lamborghini”, “Jeep”, “Dodge”, “Chrysler”, “Alfa Romeo”, “Abarth”, “Fiat” və “Fiat Professional” kimi brendlərin rəsmi nümayəndəsi olan “Avtolüks Azərbaycan” MMC 2019-cu ilin mart ayından etibarən dünya şöhrətli “Jaguar” və “Land Rover” markalarının Azərbaycanda rəsmi distribüteridir.
“Jaguar” və “Land Rover” brendlərinin təmsilçisi olaraq fəaliyyətinin bir ili ərzində şirkət istehsalçının xidmət standartlarına tam riayət etməklə peşəkar satış və servis komandası ilə müştərilərinə hər iki istiqamətdə üstün xidmət göstərməklə müştəri məmnuniyyətini ən yüksək səviyyədə təmin etməyi bacarıb.
Ünvan: Bakı şəh., Aşıq Molla Cümə 42B
Telefon: 012 983 / 055 983 0 983

