Tərkibindəki minerallar suyun rəngini dəyişir – VİDEO
Şamaxının Dəmirçi kəndinin içməli su mənbəyi təxminən 5 km məsafədə, dağların zirvəsində yerləşir.
ARANTV.AZ xəbər verir ki, burda suyun rəngi digərlərindən fərqli, süd rəngindədir.
Bu isə onun tərkibindəki duz birləşmələrinin çoxluğu ilə izah olunur. Suyu daha bulanıq göstərən digər səbəb kalsium, kalium, natrium kimi mineralların bolluğudur. Digər çoxsaylı xırda mikroelemetlər də bu suyun nə qədər müalicəvi əhəmiyyətli olduğunu sübut edir. Su qablara doldurulandan bir müddət sonra durulur və şəffaflaşır.
Kənd sakinləri inanırlar ki, onların daha sağlam və uzunömürlü olmalarında bu suyun əvəzolunmaz rolu var.
Baku.Tv

