Prezident İlham Əliyev irlandiyalı həmkarını təbrik edib
Prezident İlham Əliyev İrlandiyanın Prezidenti Zati-aliləri cənab Maykl Higginsə təbrik məktubu göndərib.
ARANTV.AZ AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:
“Ölkənizin milli bayramı – Müqəddəs Patrik Günü münasibətilə Sizi və İrlandiya xalqını öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Bu xoş fürsətdən istifadə edərək Sizə cansağlığı, uğurlar, xalqınıza rifah arzulayıram”.

