Kafe və restoranların, gözəllik salonlarının fəaliyyəti sual altında – VİDEO
Karantin rejimi ilə əlaqədar artıq bir müddətdir ki, fəaliyətinə məhdudiyyət qoyulan restoranlar öz müştərilərini gözləyir. Amma müştərilərin nə vaxt gələcəyi tarix hələ ki, məlum deyil.
Respublikanın baş infeksionisti Cəlal İsayev bildirib ki, mayın 4-dən sonra vəziyyətdən asılı olaraq karantin rejiminin daha da yumşaldılması nəzərdə tutulur. Bu yumşalma daha çox fəaliyyət sahəsini əhatə edəcək.
Mövzu ilə bağlı ARB TV-nin “Günə Doğru” proqramında süjet yayımlanıb.

