Dünya 

Cənubi Koreyada koronavirusa yoluxma hallarının sayı kəskin azalır

Cənubi Koreyada sun 24 saat ərzində 3 koronavirusa yeni yoluxma hadisəsi aşkarlanıb, 66 nəfər sağalıb.

ARANTV.AZ  Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin səhiyyə nazirliyinin nəzdində xəstəliklərə nəzarət və qarşısının alınması mərkəzləri təşkilatından xəbər verilib.

Ümumilikdə ölkədə koronavirusa yoluxanların sayı 10 804 nəfər, sağalanların sayı 9 283 nəfər, ölənlərin sayı isə son sutkada 2 nəfər artaraq 254 təşkil edib.

Bildirilir ki 3 yeni yoluxma halı Cənubi Koreyaya xaricdən gələn şəxslərdə aşkarlanıb.

Daha çox xəbərlər