Dünya 

Almaniyada koronavirusa yoluxanların sayı 163 mini ötüb

Almaniyada yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 163 860-a yüksəlib.

ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, bu barədə Robert Koh institutundan xəbər verilib.

Ölkədə koronavirusdan ölənlərin ümumi sayı 6 831 nəfərə çatıb. Sutka ərzində COVİD-19 virusuna yoluxanların sayı 685, dünyasını dəyişənlərin sayı isə 139 nəfər təşkil edib.

Epidemiyanın başlanmasından Almaniyada koronavirusdan sağalanların sayı 135 mini keçib.

Ən çox yoluxma halları ölkənin Bavariya – 43 162 nəfər, Şimali Vestfaliyada – 33 728 nəfər və 32 482 nəfərlə Baden-Vürtenburq regionlarında qeydə alınıb. Berlində bu göstərici 6042 nəfər təşkil edir.

Daha çox xəbərlər