Gündəm 

Milli Məclisin növbəti iclasının gündəliyi məlum oldu

Milli Məclisin mayın 19-da keçirilməsi nəzərdə tutulan plenar iclasının gündəliyi məlum olub.

ARANTV.AZ  Trend-ə istinadən xəbər verir ki, icasın gündəliyinə 19 məsələ daxildir.

İclasın əvvəlində insan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı dinləniləcək. Daha sonra Miqrasiya Məcəlləsinə, Cinayət-Prossesual Məcəlləsinə, Vergi Məcəlləsinə, “Turizm haqqında”, “İcra məmurları” haqqında və digər qanunlara dəyişikliklər müzakirə ediləcək.

Daha çox xəbərlər