COVID-19 Qazaxıstanın turizm sahəsinə ziyan vurur
Qazaxıstanda koronavirus pandemiyasına görə tətbiq olunan məhdudiyyətlər bu il turizm sahəsində itkiləri 70-80 faiz təşkil edəcək.
ARANTV.AZ AZƏRTAC-a istinadən bildirir ki, COVID-19 pandemiya dövründə turizm iqtisadiyyatın ən çox zərər çəkmiş sahələrindən birinə çevrilib.
Qazaxıstan Turizm Sənayesi Komitəsinin sədri Dastan Rıspekov bildirib ki, koronavirus infeksiyası səbəbindən ölkə bu il daxili turizmin 70-80 faizini itirəcək.
Turistlərin istirahət yerlərinin fəaliyyəti ilə bağlı bütün qərarlar epidemioloji vəziyyətdən asılı olaraq yerli icra orqanları tərəfindən bu regionların baş sanitar həkimləri ilə birgə qəbul ediləcək.Qeyd edək ki, 2019-cu ildə ölkənin turizm xidmətlərinin ixracının həcmi 2,5 milyard dollar təşkil edib.

