Maraqlı 

Bu adaya səyahət etmək həqiqətən çətindir

Dünyada elə bir yer var ki, nə müharibələr, nə də iqtisadi böhranlar onlara təsir etməyib. Onlardan biri İngilis Millətlər Birliyinə aid olan Tristan da Cunha adasıdır. (Tristan-da-Kunya )… 300 insanın yaşadığı bu yeri fərqləndirən isə dünyanın gedib çıxıla biləcək ən çətin yeri olmasıdır … Tristan da Cunha haqqında maraqlı faktları (məlumatları) sizlərə təqdim edirik.

Ada portuqaliyalı kəşfiyyatçı Tristao da Cunha tərəfindən 1506-cı ildə Ümid Burnuna səfəri zamanı kəşf edilmişdir. Atlantik Okeanının cənubunda yerləşən ada Tristan da Cunha, Millətlər Birliyi ilə əlaqəli dünyada çatılması ən çətin yer hesab olunur. Yalnız 300 nəfərin yaşadığı adaya ən yaxın yaşayış məntəqəsi isə 2800 kilometr uzaqlıqdakı Edinburgh of the Seven Seas-dir. Adada ilk məskunlaşan 1810-cu ildə Amerikalı Jonathan Lambert idi, lakin o , adada sadəcə iki il yaşaya bildi və 1812-ci ildə boğuldu. 1816-cı ildən sonra ingilislər adada yerləşməyə başladılar və 1856-cı ildə ada əhalisi 71 nəfər oldu. Ancaq adanın əhalisi acından əziyyət çəkdiklərinə görə növbəti il insan sayı 28-ə düşdü.

1961-ci ildə baş verən vulkan püskürməsi səbəbindən adanın xilas edilən sakinləri İngiltərəyə köçürüldükdən sonra bir qismi oradaki həyata alışdığı üçün bir daha adaya geriyə dönmədi.

İndilərdə sadəcə adanın şimal-qərbindəki bir yaylaqda məskunlaşma var. İnsanlar burada toplaşmış və adanın digər hissələrində heç kim yaşamır.

Hal-hazırda Tristan da Cunha adasında bir kafe, kiçik bir market, hovuz, yerli radio stansiyası (həftədə dörd gün yayımlanır), bir məktəb, bir xəstəxana, poçt şöbəsi, kiçik bir muzey, iki kilsə və bir bar var.

Adaya girmək üçün İngiltərənin vizası tələb olunur. Adanın yeganə mənfi tərəfi insanların yarıdan çoxunun astma xəstəliyindən əziyyət çəkməsidir.

Samirə İsmayılova,

“İki sahil”

Daha çox xəbərlər