Çində ötən sutka ərzində 28 yeni koronavirusa yoluxma halı qeydə alınıb
Çində ötən sutka ərzində 28 nəfərdə yeni növ koronavirusun aktiv forması aşkarlanıb.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, bu barədə ÇXR-in gigiyena və səhiyyə üzrə dövlət komitəsi xəbər verib.
Yeni yoluxma hallarından 4-ü xaricdən gələn vətəndaşlarda, 24-ü isə ölkə daxilində qeydə alınıb: Pekin şəhərində (21) və Hebey əyalətində (3).
Qeyd edilir ki, son sutka ərzində Çində koronavirusdan ölüm halı qeydə alınmayıb. Ümumilikdə ölkədə koronavirusa yoluxanların sayı 83.2, ölənlərin sayı isə 4.6 min nəfəri ötüb.

